Erməni hüquq müdafiəçisi: “İnstitusional dəyişikliklərin edilməməsi islahatların yarımçıq, sistemsiz qalmasına səbəb olub”

2021/04/01-70-1619774818.jpg
Oxunub: 994     16:45     30 Aprel 2021    
“Freedom House” təşkilatının hesabatına görə, Ermənistanın reytinqi 2018-ci il inqilabından sonra ilk dəfə düşüb.

Ordu.az xəbər verir ki, erməni hüquq müdafiəçisi Artur Sakuntsun sözlərinə görə, “Freedom House”un qiymətləndirməsi çox obyektivdir.

“Səlahiyyətlilər başda olmaqla dövlət demokratik institutların möhkəmlənməsi, güclənməsi istiqamətində köklü və institusional dəyişikliklər həyata keçirməli idi. Biz isə hələ 2019-cu ildə qeyd edirdik ki, bu dəyişikliklər sistemli xarakterə yox, sektor xarakterinə sahibdir”. - deyə Sakunts qeyd edib.

Onun sözlərinə görə, institusional dəyişikliklərin edilməməsi Ermənistanın dövlət institutlarının demokratik dəyərlərə zəmanət verən orqanlara çevrilə bilməməsinə, islahatların yarımçıq, sistemsiz qalmasına səbəb olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ermənistan   MN   Böhran  


Bizi "telegram"da izləyin