Cənubi Qafqazda nə gözlənilir? | Baydenin Konqresə ilk müraciəti

2021/04/image-1619595163.jpg
Oxunub: 3312     14:51     30 Aprel 2021    
ABŞ Prezidenti Co Bayden ilk dəfə Konqresə müraciət ünvanlayıb. Konqresə müraciətində Bayden Rusiya ilə münasibətlərə də toxunaraq, qarşıdurmaya baxmayaraq, maraqların üst-üstə düşdüyü yerdə Vaşinqtonun Moskva ilə işləyəcəyini qeyd edib. Bayden iki məsələni nümunə gətirib, bunlardan biri Strateji Hücum Silahlarının azaldılması üzrə razılaşmanın davam etdirilməsi, digəri isə iqlimin yaxşılaşdırılması ilə bağlı fəaliyyətdir.

Amerika-Rusiya münasibətləri dəfələrlə bəhs edildiyi kimi Cənubi Qafqaz üçün də böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə bizi hazırda Qafqazda Amerika-Rusiya maraqlarının üst-üstə düşmə perspektivinin, Qarabağ məsələsində Amerika-Rusiya birgə fəaliyyət potensialının olub-olmaması sualı maraqlandırır.

Hazırda bunun əksinin, Amerika-Rusiya qarşıdurmasının şahidi olmuşuq. Bu qarşıdurmadan istifadə edərək Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Amerika-Rusiya qarşıdurması Türkiyənin Qafqazdakı rolunun güclənməsinə gətirib çıxardı, Türkiyə Qafqazda öz varlığını bərqərar edib və Rusiyanı onunla əməkdaşlıq etməyə məcbur etməyə nail olub. ABŞ-la qarşıdurmada olan Rusiya üçün Türkiyə bu potensialın bir hissəsi kimi nəzərdən keçirilir. Öz növbəsində ABŞ üçün Türkiyə Rusiyaya qarşı bir vasitədir. ABŞ və Rusiya Türkiyəni bir-birinə qarşı vasitə hesab etdiyi bir vaxtda, Türkiyə bu yaranmış reallıqdan məharətlə yararlana bilir. Bu vəziyyətdə Azərbaycan mövcud vəziyyətin nəticələrini hiss edir. Buna görə də Qarabağ və Qafqaz məsələsində Amerika-Rusiya ortaq iş məntiqi olarsa, bu, Azərbaycan üçün əlverişli hal ola bilər.

Digər tərəfdən, Azərbaycan yalnız bu halı gözləməməli, həm də bu halın formalaşmasına və ya irəliləməsi təbliğinə öz töhfəsini verməyə çalışmalıdır. Ancaq geniş mənada ABŞ-Rusiya qarşıdurmasının zəifləmədiyini, əksinə böyümə şəklində təzahür etdiyini nəzərə alsaq, bu çox çətin bir işdir. Bu da öz növbəsində Rusiyanın Ermənistanı tam tabeliyi altında saxlama meylinin artmasına gətirib çıxarır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ   Rusiya   Ermənistan   Böhran  

Cənubi Qafqazda nə gözlənilir? | Baydenin Konqresə ilk müraciəti

2021/04/image-1619595163.jpg
Oxunub: 3313     14:51     30 Aprel 2021    