Braziliya Ordusu LMV-BR zirehli texnikası təhvil verilib

2021/04/Brazi-1619764547.jpg
Oxunub: 2912     19:35     04 May 2021    
Braziliya Ordusuna İtaliyanın “Iveco Defence” şirkəti tərəfindən istehsal edilən LMV-BR zirehli nəqliyyat vasitəsi təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

4x4 təkər formuluna malik zirehli maşın sifariş verilən 32 ədəd LMV-BR-dən birincisidir. Zirehli maşınların qalanı 2022-ci ilədək təhvil veriləcək.

LMV-BR müxtəlif silah və komanda-idarəetmə sistemləri ilə təchiz olunub. Zirehli maşının çəkisi 8 tona yaxındır və beş personal daşıya bilər. Braziliya ilə yanaşı vasitə 15-dən çox ölkədə fərqli variantda xidmət göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Braziliya   Ordu   LMV-BR  

Braziliya Ordusu LMV-BR zirehli texnikası təhvil verilib

2021/04/Brazi-1619764547.jpg
Oxunub: 2913     19:35     04 May 2021    