Finlandiya yeni döyüş təyyarələri almaq üçün beş şirkətdən təklif qəbul edib

2021/04/11185-1619763293.jpg
Oxunub: 1850     18:13     01 May 2021    
Finlandiya köhnəlmiş F-18 “Hornet” döyüş təyyarələrini əvəz etmək üçün 12 milyard dollar ayıraraq ordusuna yeni döyüş təyyarələri almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, Finlandiya döyüş təyyarələri üçün beş şirkətdən təklif alıb.

Finlandiya Müdafiə Qüvvələri bu ilin payızına qədər Britaniya, Fransa, İsveç və ABŞ hökumətlərindən alınan təklifləri diqqətlə qiymətləndirəcəyini bildirib.

Təklif edilən döyüş təyyarələri ABŞ-ın “Boeing” şirkəti tərəfindən istehsal edilən F-18 “Super Hornet”, “Lockheed Martin” şirkətinin F-35A, Fransanın “Dassault” şirkətinin “Rafale”, Britaniyanın “Eurofighter Typhoon” və İsveçin “Saab” şirkətinin “Gripen” təyyarələridir.

Avropa İttifaqının üzvü Finlandiya hərbi bloklara qoşulmayan dövlətdir, lakin NATO ilə sıx əməkdaşlıq edir. Finlandiya Hərbi Hava Qüvvələrinin 60-dan çox F-18 təyyarəsi var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   F-18   ABŞ   Rafale  


Bizi "telegram"da izləyin