Çavuşoğlu: "Bizə tarix dərsi verməyə çalışanların ASALA terroruna göz yummaları ikiüzlülükdür"

2021/04/07914-1619693439.jpg
Oxunub: 792     14:45     29 Aprel 2021    
“Bizə tarix dərsi verməyə çalışanların ASALA terroruna göz yummaları tamamilə ikiüzlülükdür”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bunun ən son nümunəsini ABŞ göstərib: “1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulunu şəhid edən erməni terrorçu Hampinq Sasunyan ötən ay sərbəst buraxılıb. Buna göz yumuldu. Amma biz əziz şəhidlərimizin xatirəsini daim yaşadacağıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çavuşoğlu   ASALA  


Bizi "telegram"da izləyin