Ordu.az xəbər verir ki, bu barədə “Info Defensa” nəşri yazıb.
“Bonifaz” adlandırılan F110 İspaniya donanması üçün hazırlanan “Aegis” döyüş sistemi ilə təchiz edilmiş ağır çoxməqsədli döyüş gəmiləridir. Layihə İspaniya Müdafiə Nazirliyi və “Navantia” şirkəti tərəfindən birgə hazırlanır. Freqatların 2023-2027-ci illər arasında təhvil verilməsi planlaşdırılır.
Freqatlar, həmçinin “Navantia” şirkəti tərəfindən hazırlanan döyüş sistemi ilə təchiz ediləcək. Bu sistem həm də sualtı gəmilərə qarşı silah və sensorlarla təchiz edilib.
Qeyd edək ki, Yunanıstan yeni döyüş gəmiləri almaq niyyətindədir. Hazırda bir çox ölkədən döyüş gəmiləri təklif edilir.
Sevinc Əliyeva
Ordu.az