Şuşada döyüşən erməni əsgər: “Azərbaycanlılar erməni dilində danışaraq erməniləri tələyə salıblar”

2021/04/susa-1619595352.jpg
Oxunub: 16384     15:20     28 Aprel 2021    
Erməni hərbi qulluqçu Narek Tumanyan Ermənistan ordusuna çağırıldıqdan 2,5 ay sonra artıq Hadrutda olub. Azərbaycan Ordusu hücuma keçib və 18-20 yaşlı ermənilər bu zaman ön xətdə olublar.

Ermənilər Azərbaycan Ordusu ilə qarşı-qarşıya döyüşəcəklərini gözləyiblər, ancaq sonra başa düşüblər ki, müdafiəsizdirlər, Azərbaycan Ordusu havadan hücum edir.

Onlar 30 gün Hadrutda döyüşdükdən sonra geri çəkilmə əmri alıblar. Xocavənd rayonuna doğru hərəkət ediblər, sonra Əsgərana gediblər. Noyabrın 5-də Şuşaya getməklə bağlı əmr alıblar.

“Biz vəziyyətin belə gərginləşdiyini bilmirdik. Ümumiyyətlə müharibəyə qədər bizə izah edirdilər ki, Şuşa bütün Qarabağda ən təhlükəsiz hissədir”, - deyə erməni hərbi qulluqçu bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun hərbi qulluqçuları erməniləri aldadaraq özlərinə tərəf çağırıblar.

“Deyirdilər ki, yardım gəlib, yaralımız var, gəlin kömək edin. Bizi aldadaraq özlərinə tərəf çağırırdılar, bölük komandirimiz də ermənilər olduğuna inanır və irəli gedir. 10 metrdə onlar atəş açdılar, qumbaralar atdılar, qarşıdan gedən əsgərlər və zabitlər öldülər. Azərbaycanlılar erməni dilində danışaraq erməniləri tələyə salıblar”, - deyə Narek Tumanyan qeyd edib.

Narek indi Qarabağda qulluğunu davam etdirir. O, 300-dən artıq ölü sayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şuşa   Müharibə  

Şuşada döyüşən erməni əsgər: “Azərbaycanlılar erməni dilində danışaraq erməniləri tələyə salıblar”

2021/04/susa-1619595352.jpg
Oxunub: 16385     15:20     28 Aprel 2021    