Ermənistan iqtisadiyyatında niyə 7,6% azalma qeydə alınıb?

2020/08/15846-1598078990.jpg
Oxunub: 587     10:58     03 May 2021    
Ermənistanın 2020-ci il dövlət büdcəsinin icra hesabatı bir daha sübut edir ki, mövcud hakimiyyət orqanlarının idarəetmə səmərəliliyi çox aşağıdır, onlar ölkə üçün ilk növbəli və böyük əhəmiyyətə malik dövlət proqramlarını həyata keçirə bilmirlər. Xüsusilə xarici ölkələrin və təşkilatların dəstəyi ilə həyata keçirilən kredit proqramları və tədbirlər çərçivəsində 165,2 milyard dramın (330 milyon dollar) işin həyata keçirilməsi planlaşdırılırdı ki, bunlardan 133,7 milyard dram həcmi kredit vəsaiti, 31,5 milyard dram isə birgə maliyyələşdirilmə hesabına baş tutmalı idi.

2020-ci ildə Ermənistan Hökumətinin iflasa uğratdığı layihələr;

- Fransa Respublikası Hökumətinin dəstəyi ilə Vedi Su Anbarının inşası,

- Almaniya İnkişaf Kredit Bankının dəstəyi ilə həyata keçirilən Axuryan çayının su ehtiyatlarının İnteqrasiya olunmuş İdarəetmə Proqramı çərçivəsində su təsərrüfatı idarəetmə infrastrukturunun yenidən qurulması,

- Avropa İnvestisiya Bankının dəstəyi ilə icra olunan Şimal-Cənub Dəhlizi İnkişafı üzrə Kredit Proqramının icrası,

- Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən məktəblərin seysmik cəhətdən mühafizəsi proqramı çərçivəsində erməni məktəblərinin seysmik təhlükəsizliyinin artırılmasına yönəlmiş tədbirlər,

- Dünya Bankının dəstəyi ilə həyata keçirilən Yerli İqtisadiyyat və İnfrastrukturun İnkişaf Proqramı çərçivəsində Ermənistanın müxtəlif bölgələrində turizmlə əlaqəli infrastrukturun yaxşılaşdırılmasına yönələn tədbirlər və sairə.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Ermənistan iqtisadiyyatında niyə 7,6% azalma qeydə alınıb?

2020/08/15846-1598078990.jpg
Oxunub: 588     10:58     03 May 2021    