Paşinyanın hakimiyyəti dövründə Ermənistanda 204 milyon dollar həcmində mükafat verilib

2019/09/00-33-1568712180.jpg
Oxunub: 571     10:08     05 May 2021    
“AntiFake” nəşri Ermənistanın dövlət aparatında və yerli özünüidarəetmə orqanlarında verilən mükafatlar barədə növbəti məlumatları yayımlayıb.

Ordu.az xəbər verir ki, bu məlumat müxtəlif dövlət strukturlarının işçilərinin 2020-ci ildə, koronavirus epidemiyası və müharibə zamanı, həmçinin 2018-ci ildən başlayaraq Nikol Paşinyanın hakimiyyəti dövründə verilən mükafatların ümumi məbləğinin nə qədər olduğunu göstərir.

Məlumat rəsmi sorğulardan alınan cavablar və Ermənistanın Maliyyə Nazirliyinin rəsmi saytından əldə edilən məlumatlar əsasında işlənərək hazırlanıb.

2020-ci ildə dövlət aparatında verilən mükafatların ümumi məbləği 78.7 milyon ABŞ dollarına bərabər olan 37.726.518.339 dram təşkil edib.

Bir milyarddan çox mükafat 8, əsasən güc strukturları əməkdaşlarına paylanıb. Ən böyük mükafat payı Polisə orqanları əməkdaşlarına verilməklə 9.440.069.160 dram, ardından 6.596.396.100 dram olmaqla Dövlət Gəlirləri Komitəsinin əməkdaşlarına verilib. Ermənistan Milli Təhlükəsizlik Xidmətində 3.085.19.370 dram, Məhkəmə Departamentində 2.148.554.350 dram, Fövqəladə Hallar Nazirliyi və xilasetmə xidməti bir yerdə 2.110.431.950 dram məbləğində mükafatlandırılıblar. Ermənistan Baş nazirlik ofisi də 1,634,215,530 dram məbləğində mükafatı olan “milyarderlər” siyahısındadır. Siyahıya İstintaq Komitəsi 1,398,243,200 dram və Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşlarının 1,171,096,310 dram məbləğində mükafatlandırılması ilə yekun vurulur.

Prokurorluq orqanları əməkdaşları da mükafat alanlar siyahısındadır. Bu qurum 909,664,420 dram həcmində mükafat alıb. Ermənistan parlamentinin deputatlarına və parlament işçilərinə 551.319.770 dram həcmində mükafat verilib. Ermənistan paytaxtının şəhər bələdiyyəsində və inzibati bölgələrindəki qurumlarında mükafat həcmi 295.563.645 dram təşkil edib, bu məbləğ strukturdakı əvvəlki ilin mükafat fondu ilə müqayisə edilməz dərəcədə azdır.

Koronavirus epidemiyası və 44 günlük fəlakətli müharibə şəraitində təkcə bu ilin ilk aylarında dövlət aparatında artıq 10 milyard 5 milyon dram həcmində mükafat verilib. 2020-ci ildə sadalanan fəlakətlər şəraitində əvvəlki 2019-cu ilə nisbətən təxminən 3 milyard dram daha çox mükafat ayrılıb. Həmin dövrdə mükafatın ümumi məbləği 34 759 381 910 dram olub. 9 may 2018-ci il tarixində Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra dövlət aparatında mükafatların verilməsi üzrə ümumi məbləğ 15.744.577.969 dram təşkil edib.

Beləliklə, Nikol Paşinyanın hakimiyyəti dövründə 98 milyard 271 milyon dram mükafat ayrılıb ki, bu da 204 milyon ABŞ dollarından çoxdur.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Korrupsiya  

Paşinyanın hakimiyyəti dövründə Ermənistanda 204 milyon dollar həcmində mükafat verilib

2019/09/00-33-1568712180.jpg
Oxunub: 572     10:08     05 May 2021    