Pentaqon KXDR-dən gələcək raketlərdən qorunmaq üçün 18 milyard dollar vəsait ayıracaq

2021/04/16189-1618905069.jpg
Oxunub: 1179     16:58     28 Aprel 2021    
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) KXDR-dən atılacaq ballistik raketlərdən qorunmaq üçün raket əleyhinə müdafiə sistemləri tədarük etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Pentaqon sistemlərin inkişafı, istehsalı və istismarı üçün təxminən 18 milyard dollar ayırmağı planlaşdırır.

Agentliyin məlumatına görə, “Lockheed Martin” və “Northrop Grumman” şirkətləri yeni raketdən müdafiə sistemləri üçün təkliflər verəcək.

İnkişaf mərhələsində şirkətlərə ümumilikdə 13,1 milyard dollar vəsait ayrılacaq. Ümumilikdə 31 sistemin tədarükü planlaşdırılır.

Yeni raket əleyhinə müdafiə sistemlərinin Alyaskadakı bazalarda yerləşdiriləcəyi qeyd edilir, hər bir sistemin qiyməti təxminən 498 milyon dollar olaraq qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR  


Bizi "telegram"da izləyin