Ermənistan təhlükəli borc həddini keçib

2021/04/timth-1619515841.jpg
Oxunub: 845     10:15     04 May 2021    
Ermənistanın Maliyyə naziri Atom Cancuğazyan ötən ay hökumətin iclasında 2020-ci il dövlət büdcəsinin icrasının təqdimatı zamanı dövlət borcunun ÜDM-ə nisbətinin 63,5% olduğunu bildirmişdi. Bu, dövlət üçün 60% həddin artıq bir risk göstəricisi hesab edildiyi halda baş verir, dövlət borcu haqqında Ermənistan qanununda da bu hədd riskli olaraq qeyd olunur.

Cancuğazyanın sözlərinə görə, hökumət yaxın 5 ildə 60%-dən aşağı həddə qayıtmağa çalışmalıdır.

Büdcənin əsas göstəricilərinə toxunan Cancuğazyan 2020-ci ildə Ermənistanın dövlət büdcəsinin gəlirlərinin 1 trilyon 560 milyard 655 milyon 340 min dram, xərclərinin 1 trilyon 894 milyard 647 milyon 93 min dram, büdcə kəsirinin isə 333 milyard 991 milyon 752 min dram olduğunu qeyd edib. Başlanğıcda büdcədə təxminən 161 milyard dram kəsiri nəzərdə tutulurdu, faktiki olaraq təxminən 334 milyard dram, yəni planlandırıldığından iki dəfədən çox büdcə kəsiri qeydə alınıb.

Atom Cancuğazyan bunun hökumətin koronavirus və müharibə üçün ödədiyi qiymət olduğunu vurğuladı.

Atom Cancuğazyan, borc/ÜDM nisbətinin 2019-cu ilin sonunda 50%-dən az olduğunu qeyd etdi. Bu da 2020-ci ildə yeni borclar cəlb edərək böhran dövründə maliyyə siyasətinin məntiqini qoruyub saxlamağa imkan verib.

“Nəticədə, planlaşdırdığımızdan daha böyük bir kəsirimiz oldu. Əvvəlcə gözlənilən büdcə kəsirimiz 2,3% idi, faktiki olaraq ÜDM-in 5,5% nisbətində bir kəsirimiz oldu”, - deyə erməni nazir qeyd edirdi.

Qeyd edək ki, Ermənistan əlavə və ya gözlənilməyən kəsiri xarici borcun artırılması ilə dəf edib. Üstəlik, iqtisadi il olduqca əlverişsiz şəraitdə başlayıb. Beynəlxalq Valyuta Fonduna görə, Ermənistan 2021-ci ildə 1% iqtisadi böyüməyə sahib ola bilər, bu şərtlərlə ÜDM/Xarici borc nisbəti yaxşılaşmayacaq, əksinə artaraq 65% həddinə çata bilər. Məsələ burasındadır ki, keçmiş dövrdən qalan borc ödənişi yükü də kifayət qədər böyükdür, üstəlik müharibədən sonrakı qaçılmaz xərclər və faktiki olaraq iqtisadiyyata qoyulan sərmayənin yox səviyyəsində olması bu işi daha da çətinləşdirir. Bu yaranmış vəziyyətə, ümumiyyətlə iqtisadi həyatda fasilə təsiri göstərən növbədənkənar seçkilər də əlavə edilməlidir.

Ermənistan dövlət borcunun ÜDM-ə nisbəti yalnız ÜDM artdıqda və ya artıq yaranmış böyük borcların möcüzəvi şəkildə qaytarılması halında azala bilər. Hər ikisi də hazırda real görünmür. Faktiki olaraq, Ermənistan hazırda ümidsiz, etibarsız bir ölkə kimi tanınma yolunda böyük addımla irəliləyir.

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan   Böhran  

Ermənistan təhlükəli borc həddini keçib

2021/04/timth-1619515841.jpg
Oxunub: 846     10:15     04 May 2021    