Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Nikol Paşinyanın keçmiş müşaviri Hakob Tsağaryan yazıb.
“Həmçinin qeyd etdim ki, bu, Ermənistanın aviasiya səlahiyyətlilərinin cinayətkar, qəsdən hərəkətsizliyinin nəticəsidir”, - deyə o qeyd edib.
Tsağaryan bildirib ki, nəticədə Ermənistan dünya aviasiyasının “qara siyahı”sında öz yerini möhkəmləndirir və ABŞ sanksiyalarına məruz qala bilər.
“İrəvanda “Fly Armenia” şirkətində daha bir “Boeing-737” var, ancaq nədənsə Qazaxıstan dövlət qeydiyyat nişanı daşıyır, bu, İcevan üzərindən hansısa bir yerə, məsələn, Omana uçmaq üçün hazırlaşmır?”, - deyə o yazıb.
Alpər Mövludoğlu
Ordu.az