Çin HDQ bir gündə 3 yeni strateji hərbi gəmini silahlanmaya qəbul edib

2021/04/43534-1619433777.jpg
Oxunub: 3178     16:38     26 Aprel 2021    
Çin Hərbi Dəniz Qüvvələri ilk dəfə bir gündə üç strateji hərbi gəmini istismara verib.

Ordu.az xəbər verir ki, təqdimat mərasimində Çin prezidenti Si Tsinpinqin də iştirak etdiyi Çin Hərbi Dəniz Qüvvələrinin qurulmasının 72-ci ildönümündə həyata keçirilib.

Donanmanın istifadəsinə verilən gəmilər “Type 09IV” sinfinə məxsus ballistik raketlər daşıyan nüvə qabiliyyətli sualtı qayıq, “Type 055” adlı esmines və “Type 075” sinfinə aid amfibiya tipli hücum gəmisidir.

Beləliklə, xidmətə verilən “Type 055” esmineslərinin sayı 3-ə, “Type 09IV” sualtı qayıqlarının sayı 6-ya yüksəlib. Amfibiya tipli hücum gəmisi isə bu sinifdə ilkdir.

“Type 09IV” sinfinə məxsus sualtı qayıqların birincisi 2007-ci ildə istifadəyə verilib. Gəmilərin hər biri təqribən 7,400 km məsafəyə malik 12 ədəd JL-2 ballistik raket atma qabiliyyətinə malikdir.

“Type 075” gəmiləri amfibiya tipli zirehli texnika və tank daşımaq qabiliyyətinə malikdir. Çinin desant əməliyyatları üçün bu sinif gəmilərdən istifadə edəcəyi düşünülür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   Type-055  

Çin HDQ bir gündə 3 yeni strateji hərbi gəmini silahlanmaya qəbul edib

2021/04/43534-1619433777.jpg
Oxunub: 3179     16:38     26 Aprel 2021    