Böyük Britaniya 14 ədəd “Chinook” helikopteri alacaq

2021/04/asdas-1619419219.jpg
Oxunub: 1455     16:29     01 May 2021    
Böyük Britaniya “Boeing” şirkəti tərəfindən istehsal edilən H-47 “Chinook” helikopterləri və əlaqədar avadanlıq almaq istəyir.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, hazırda Böyük Britaniya Pentaqonla son müqavilə üzərində işləyir.

Helikopterlərin ümumi dəyəri 2 milyard dollara yaxındır. “Chinook” helikopterlərinin tədarükünün 2030-cu ilin sonuna qədər tamamlanması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Chinook  


Bizi "telegram"da izləyin