“Fly Armenia Airways” İranda yoxa çıxan erməni təyyarəsi ilə bağlı detalları açır

2021/04/teyya-1619243505.jpg
Oxunub: 1665     15:18     24 Aprel 2021    
“Fly Armenia Airways” aviaşirkəti erməni qeydiyyatlı təyyarənin yoxa çıxmasının əsl səbəbləri və faktlar ilə bağlı rəsmi bəyanat yayıb.

Ordu.az-ın məlumatına görə, bəyanatda qeyd olunub ki, bu hadisə ilə bağlı müxtəlif versiyalar və əsassız fərziyyələr dövriyyəyə qoyulurdu, lakin istintaq maraqlarından çıxış edərək aviaşirkət məlumatı dərc etmirdi.

““Fly Armenia Airways” “Boeing 737-300” təyyarəsini Avropa şirkətindən lizinq variantında alıb. Təyyarə Estoniyanın Tallin şəhərində yerləşmişdi, orada texniki işlər aparılırdı. Cari il fevralın 12-dən 22-nə qədər olan dövrdə o, Ukrayna Respublikasının Hostomel hava limanına göndərilməli idi, orada təyyarənin texniki xidməti davam etdirilməli idi. “Fly Armenia Airways”ə Ermənistan Mülki Aviasiya Komitəsi tərəfindən Tallin-Hostomel texniki uçuşunun həyata keçirilməsi üçün icazə verilmişdi, bunun üçün şəxsi heyət də təlimatlandırılmışdı. “Covid-19” epidemiyası məhdudiyyətlərindən çıxış edərək erməni pilotların Şengen zonasının vizasını alması uzandı, bu səbəblə pilot heyəti lizinq edən tərəfdən təklif almışdı. Cari il fevralın 20-də “Fly Armenia Airways” aydınlaşdırır ki, təyyarə Hostomel hava limanına getməyib. Tallin hava limanı ilə əlaqə yaratmaqla məlum olur ki, təyyarə başqa istiqmətdə uçuş həyata keçirib. Şəxsi heyət aviaşirkətin icazəsi və razılığı olmadan sənədləri saxtalaşdıraraq Tallindan Bolqarıstanın Varna şəhərinin hava limanına gedib. Bundan sonra, şirkətə məlum olduğu kimi, yerli saatla 11:41-də təyyarə Varna hava limanını tərk edib, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ), Şarja şəhərinə istiqamət götürüb”, - deyə bəyanatda qeyd olunub.

Bildirib ki, şirkət təyyarənin qaçırılması və naməlum uçuş xətti ilə getmək barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təyyarə   Böhran  


Bizi "telegram"da izləyin