Paşinyan-Köçəryanın “şahmat oyunu” necə gedəcək?

2021/04/asfas-1619169086.jpg
Oxunub: 2634     10:55     01 May 2021    
Erməni siyasi sahəsinin əsas oyunçuları seçki prosesi ərəfəsində artıq bəllidir. Bu yazıda ermənilərin siyasi arenasında qüvvələrin düzülüşünü, habelə iqtidar və müxalifətin seçkiqabağı taktikasını təhlil edəcəyik.

Ermənistanın Baş naziri növbədənkənar seçkilərin keçiriləcəyini elan etdikdə və parlament müxalifəti fraksiyalarının liderləri onunla bu məsələdə razılaşdıqda müxalifət mübarizənin növbəti mərhələsini məğlub oldu.

Bundan sonra, onsuz da o qədər də güclü olmayan etiraz dalğası nəhayət boğuldu. İrəvanda bütün mitinqlər və yürüşlər (7 aprel qadınların kiçik etiraz aksiyası xaricində), demək olar ki dayandırıldı. Bağramyan prospekti açıldı, çadırlar söküldü və əvvəlcədən də birlik içərisində fərqlənməyən müxalifət hərəkatı parçalanmağa başladı.

“Sabahkılar” “bu günküləri” məğlub edə bilərmi?

Ermənistanın keçmiş Prezidenti Robert Köçəryan növbədənkənar seçkilərlə bağlı çağırışı ilk qəbul edənlərdən biri idi. Köçəryan hələ yanvar ayında təşkil olunacağı halda keçiriləcək seçkilərə qatılmaq niyyətini açıqlamışdı.

Şübhəsiz ki, Köçəryan Paşinyanın əsas rəqiblərindən biridir. Keçmiş erməni prezident artıq seçkilərə bloka rəhbərlik etməklə gedəcəyini açıqlamışdı. Erməni mətbuatı Köçəryanın “yüksək nüfuzlu statusa sahib insanlar” da daxil olmaqla seçkiqabağı siyahı hazırladığı barədə məlumatlar yayımlayır. Həm keçmiş yüksək rütbəli hərbi məmurların (Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan), həm də keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasından olan siyasətçilərin adları çəkilir. Xüsusilə Ermənistanın keçmiş ədliyyə naziri Arpine Hovannisyanın adı siyahıda ilk qadın namizəd olaraq qeyd olunur.

Necə deyərlər, “köhnə at cığırlara ziyan verməz”. Həqiqi idarəetmə təcrübəsi olan siyasətçilərin ölkənin bərpa olunmasına kömək edə biləcəyi inamı mövcuddur. Xarici cəbhədə guya könüllü bir siyasətçi kimi seçilən Köçəryan kimi adama hazırkı anda çoxları rəğbət bəsləyir.

Lakin İrəvanda, həmçinin düşünürlər ki, təcrübəli insanlarla yanaşı, ölkənin əvvəlki hökumətlə əlaqəsi olmayan yeni simalara ehtiyacı var (onları şərti olaraq “keçmiş” yox “dünənki” deyək).

“Ermənistanda “bu günkilər” “dünənkilərlə” yox, “sabahkılar” tərəfindən məğlub edilə bilər. Bəli, hazırlaşmaq üçün demək olar ki, vaxt yoxdur, amma uzaqgörən müxalifət liderinin əsas vəzifəsi bir o qədər də “status” yox, bu günə qədər kölgədə qalmış ola biləcək mütəxəssisləri özündə birləşdirəcək keyfiyyətcə yeni bir komanda yaradılması olmalıdır. Onları irəli çəkməyin və irəli aparmağın vaxtı gəlib çatıb.

Müsahibələrindən birində Köçəryan “təcrübə və gənclərin enerjisini birləşdirməyə çalışmalıyıq” demişdi. Onun fikrincə, bu əlaqə ölkənin gələcəyi üçün təsirli ola bilər, çünki “təcrübəni enerjidən çıxarmaqla hazırda sahib olduğumuzu əldə edirik”. Əlbəttə, Köçəryanın çox təcrübəsi var, yeni enerji cəlb etmək qalır.

Bu təzə qüvvələrə Paşinyanın müxaliflərinin səsləri uğrunda mübarizədə ehtiyac olacaq. Sadəcə kimə dəstək verəcəyini bilməyən məhz həmin insanlardan bəhs edirik, çünki artıq yorğun olan keçmiş hakimiyyət təmsilçilərinin simasındakı “alternative” onları qane etmir. Bu cür vətəndaşlar çoxdur və onların səsləri seçkilərdə həlledici ola bilər”, - deyə erməni ekspertlərindən biri yazır.

Erməni müxalifətinin səhv taktikası

Ermənistan müxalifəti birləşə bilməyərək Paşinyanın komandasına gözəl bir hədiyyə verdi. Partiyalar seçki öncəsi qarışıqlıqda yağışdan sonra göbələk kimi görünməyə başladı. Kifayət qədər səs toplamayacaqları, sonra birləşməyə və ittifaqlar qurmağa başlayacaqları hər kəsə aydındır. Təkcə həqiqi “anti-Paşinyan” cəbhəsi yaradacaqlarına ümid yoxdur. Hətta müxalifət olsa belə cırtdan partiyaları da səsləri dağıdır, Paşinyanın şansını artırır.

“Müxalifət, heç olmasa müvəqqəti olaraq hakimiyyəti devirmək üçün konsolidasiyaya gəlməməklə, bir çoxlarının hələ də fəaliyyətdə olan Baş Naziri “özümüzünkü” kimi qəbul etdiyi bölgələrə (Zəngəzur istisna olmaqla) məhəl qoymadan ikinci mümkün səhvə yol verirlər. Paşinyanın rəqibləri orada bir iş görsələr də, o qədər əhəmiyyətsizdir ki, gözlə görmək belə çətindir”, - deyə erməni KİV-lərindən biri yazır.

Paşinyanın ümidi “iqtisadi möcüzə” vədidir?

Həvəsi Ermənistanın dərin böhranı fonunda belə azalmayan Nikol Paşinyan təşəbbüsü müxalifətdən aldı və bölgələrin sakinləri ilə aktiv görüşlər keçirməyə başladı. Paşinyan özünü kifayət qədər sərbəst hiss edir. Axı bölgələrdə demək olar ki, rəqibi yoxdur. O, hökumətin mövqeyini yorulmadan yerli əhaliyə izah edir, insanları seçdikləri istiqamətə alternativin olmadığına inandırır.

Bütün səfərləri insidentsiz keçməsə də, bunun yeni bir nümunəsi Vayots Dzor ziyarətidir, burada yerli sakin Paşinyan Qarabağda məhv edilən qohumunun məzarına çiçək qoymasına icazə vermədi, lakin Paşinyan bununla əlaqədar xüsusi narahatlıq keçirmir, bundan da əlavə dayanmır, işinə davam edir.

Paşinyan yenidən ölkənin iqtisadi dirçəlişini vurğulayaraq bol vədlər verir. O, nədən danışır? Əlbətdə ki, Ermənistan vətəndaşları “qürurlarını” itirsələr də, nəhayət insani bir şəkildə yaşayacaqlarına təminat verən kommunikasiyaların blokadadan çıxarılması perspektivləri haqqında danışır.

Lakin Paşinyanın vədlərinin nə dərəcədə “real” olduğunu yalnız yeni Yüksək texnologiyalar sənayesi naziri Hayk Çobanyanın açıqlamasından dəyərləndirmək olar. Ötən ay erməni nazir yaxın 10 ildə Ermənistan üçün sənaye ölkəsi olma perspektivini “bərpa etmək” üçün əlindən gələni edəcəyini bildirmişdi. Unutmayın ki, söhbət sənayenin özünün bərpasından deyil, yalnız sektorun perspektivlərindən gedir. Ermənistanda isə heç kimə belə bir templə sənaye ölkənin qurulmasını görmək qismət olmayacaq.

Ancaq bütün bunlar “mocüzəli uzaq məsafə” ilə bağlıdır, bəs Ermənistan hökuməti yaxın gələcəkdə nə edə bilər? Hökumətin fevral ayında qəbul etdiyi iqtisadi bərpa proqramına nəzər salaq. Heç bir zavoddan (“Nairit” istisna olmaqla) söhbət açılmır, ancaq iki məqam fərqlənir. İlk növbədə Paşinyan hökuməti, İrəvanın Kond məhəlləsində elit evlərin inşası üçün investisiya proqramını dəstəkləməyə qərar verib. Təbii ki, orada varlı vətəndaşlar yaşayacaq. İqtisadi siyasətlərini davam etdirirlərsə, qaçılmaz olaraq dalan aparan yolu tuturlararsa, “indikilər” erməni hakimiyyəti “keçmişdəki”lərdən nə ilə fərqlənir?

İkincisi, Paşinyan hökuməti xüsusən çətənə də daxil olmaqla yüksək dəyərli bitkilərin əkin sahələrini artırmağı təklif edərək kənd təsərrüfatının inkişafı ilə məşğul olmağa qərar verib. Çətənə lehinə olan “dəmir” əsaslandırma faktı. Tekstil, bioplastik və sair sahələrdə ehtiyac duyulan çətənə kimi qiymətli yağlar hazırlamaq üçün istifadə edilə bilər. Paşinyanın komandasının bu “nou-hau”sunu oxuyanda mən də zarafatla soruşmaq istəyirəm ki, niyə xaşxaş yox, çətənəni seçdiniz (tiryək daha bahalıdır). Yalnız psixoaktiv maddələrin az miqdarda olduğu texniki növlərdən bəhs etdiyimizə əmin olmamalıyıq. Bu “möcüzə” otunun ənənəvi sortları ilə səpilən tarlaların Ermənistanın çətənə sahələrində meydana çıxacağına şübhə edən varmı? Ermənistanda hələ də Paşinyanın şüarlarına baxmayaraq korrupsiya, səhlənkarlıq və fürsətdən yararlanma ləğv edilməyib. Nəticədə bu fikrin ölkədə narkotik aludəçilərinin sayının artmasına səbəb olacağına şübhə edən varmı?

Ermənistanın elit mənzillər və xüsusilə çətənə hesabına çuxurdan çıxmayacağı hər bir ağıllı insana aydındır. Paşinyanın vəd etdiyi “iqtisadi möcüzə”, xüsusən seçkiqabağı dövrdə hökumətin bu qədər ehtiyac duyduğu “şar”dan başqa bir şey deyil.

20 iyunda seçki olacaqmı?

Bir çox insan səs verməyə hazırlaşarkən, Ermənistan prezidenti Armen Sarkisyan növbədənkənar seçkilərdə ölkəni böhrandan çıxarmaq üçün heç bir vasitə görmədiyini bildirdi. Üstəlik, 20 iyunda seçkilərin keçirilməsini şübhə altına aldı. “RBC”ya verdiyi müsahibədə Sarkisyan seçki gününün təyin edilməsi qərarı ilə bağlı sənədin əvvəl masasına qoyulmalı olduğunu, sonra qərar verəcəyini vurğulamışdı. Hal hazırda isə hələlik heç bir şey aydın deyil.

Seçki Məcəlləsinə hakim partiya tərəfindən hazırlanan və qəbul edilən dəyişiklikləri təsdiqləmək üçün imzalamaqdan imtina etdiyini və eyni zamanda sənədi Konstitusiya Məhkəməsinə göndərmədiyini də əlavə edib. Armen Sarkisyan bütün hərəkətləri ilə müstəqilliyini nümayiş etdirir, siyasi proseslərdə (səlahiyyətlərinin məhdud olmasına baxmayaraq) ağır bir çəkiyə sahib şəxsiyyət rolunu vurğulayır.

Beləliklə, Ermənistanın hazırkı siyasi sahəsində üç əsas fiqur, Paşinyan, Köçəryan və Sarkisyan var. Seçki ilə bağlı hələ bir qəti qərar verilməməsinə baxmayaraq, əsas rəqiblər olan hazırkı Baş nazir və keçmiş prezident qələbə istəklərini gizlətmədən seçkilərə hazırlaşdıqlarını açıq şəkildə bildiriblər. Ancaq Paşinyan yalnız “xalqa” (bu vəziyyətdə, seçicisinə) güvənərək, hər hansı bir ciddi siyasi qüvvə ilə razılaşmaq və qələbəni bölüşmək istəmədiyi şəraitdə, Köçəryan, “praqmatik” bir siyasətçi olaraq, böyük oyunçularla tamamilə razılığa gələ bilər. Serj Sarkisyanın hansı mövqeyi sərgiləyəcəyi hələlik məlum deyil.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan   Köçəryan  

Paşinyan-Köçəryanın “şahmat oyunu” necə gedəcək?

2021/04/asfas-1619169086.jpg
Oxunub: 2635     10:55     01 May 2021    