Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
ABŞ ordusu ilə əməkdaşlıq çərçivəsində istehsal edilən F-15EX bu yaxınlarda “Eagle II” adlandırılıb. Döyüş təyyarələrindən birincisi ötən ay ABŞ HHQ-yə təhvil verilib. Bu döyüş təyyarələri 1979-cu ildə təkmilləşdirilmiş tək oturacaqlı F-15C variantını əvəz etmək üçün nəzərdə tutulub.
Tamamilə yeni rəqəmsal infrastruktura sahib F-15EX dördüncü nəsil döyüş təyyarəsi hesab olunur. Təyyarə “Boeing” şirkətinin Qətər üçün istehsal etdiyi F-15QA-ya əsaslanır. F-15EX-ə yeni uçuş idarəetmə sistemləri, rəqəmsal kokpit, hipersəs raket imkanları, “hava-hava” raketləri, infraqırmızı axtarış və izləmə sistemi, modernləşdirilmiş sensorlar, bir sıra yeni nəsil texnologiyalar quraşdırılıb.
Sevinc Əliyeva
Ordu.az