Paşinyan 44 günlük müharibənin Rusiyanın “dabrosu” ilə baş verdiyini bildirib: Moskva görüşü hələ də müzakirə mövzusudur

2021/04/asfas-1619084327.jpg
Oxunub: 5211     14:12     22 Aprel 2021    
Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri və Vladimir Putinlə görüşü, səfər çərçivəsində erməni hüquqşünasların görüşünün təfərrüatlarının ictimailəşdirilməsi maraq kəsb edir. Xatırladaq ki, söhbət bir neçə gün əvvəl “Armvoice” telegram kanalında yayımlanan, Nikol Paşinyanın birbaşa Qarabağdakı status-kvosunun dəyişdirilməsində və müharibədə birbaşa Rusiyanı günahlandırdığı səsyazmasından gedir.

“Ona görə də birbaşa demək lazımdır ki, bizdə olan status-kvo o həddə qədər qaldı ki, onun mövcudluğu Rusiyanın maraqlarına uyğun gəlirdi. Konyuktura dəyişəndə hər şey dəyişdi və nəyə görəsə haqq ödəmək zamanı gələndə bəlli oldu ki, ya biz bunu edə bilmirik, ya ödəmək istəmirik, ya da ödəməyə heç nəyimiz yoxdur, çünki biz müflisik”, - deyə Paşinyanın səs yazısında deyilir.

Maraqlıdır ki, bu açıqlamadan cəmi bir neçə saat əvvəl Paşinyan Vladimir Putinə “sevgisini və itaətini etiraf edir”, Rusiyanın Qarabağda sabitliyin təmin olunmasında rolunun nə qədər əhəmiyyətli olduğunu “izah edirdi”. Cəmi bir neçə saat sonra isə, eyni həvəslə, Moskvada Putin istiqamətinə “çəllək yuvarlayır”, erməni vəkillərinin iştirakında Putini müharibə ilə əlaqəli hər şeydə ittiham edir.

Bu bir çox cəhətdən çox maraqlıdır. Əvvəla, xatırlayaq ki, son vaxtlar erməni mediasında yayılan Qarabağ müharibəsi və diversantlar məsələsi ilə bağlı Nikol Paşinyan rejiminin nəyin bahasına olursa-olsun “Rusiyanın cibinə atmaq” istədiyi barədə yayılan xəbərlər, xüsusilə mövcud hökumətin parlament fraksiyasından olan ayrı-ayrı deputatlar birbaşa “ruslar əsirlər məsələsi ilə məşğul olur” deyirlərsə, sanki bu məsələ “ət və qan” almağa başlayır. Bu barədə çox şey söylənilib və deyəsən ruslar bütün bunları yaxşı bilirlər.

Bundan əlavə, Nikol Paşinyanın erməni hüquqşünaslarla görüşü zamanı söylədiyi açıqlama, ümumiyyətlə, Ermənistan-Rusiya münasibətlərinə təsir göstərə biləcək böyük bir qalmaqalın əsası ola bilər. Çünki Qarabağ müharibəsi ilə əlaqəli Rusiyaya qarşı ittihamlar səsləndirilsə də, o zaman bu ifadələr şəxsən Paşinyana manevr etmək üçün imkan verən, qeyri-birinci şəxslər səviyyəsində edilirdi. Ancaq bu dəfə şəxsən Paşinyan tərəfindən səsləndirilməsi indi bu manevr hərəkətlərinə yer qoymamış olur. Məsələ Nikol Paşinyanın 2016-cı ildən bəri dilə gətirdiyi anti-Rusiya şiddətində şəxsi ittihamında deyil, bunun dövlətin başçısı olan şəxs tərəfindən və strateji müttəfiqinin ünvanına deyilməsidir.

Xatırladaq ki, hələ 2016-cı ildə Paşinyan Aprel döyüşlərinin rusların icazəsi ilə keçirildiyini və Azərbaycanın AİƏT qurumuna üzvlüyünün qiyməti olduğu üçün baş verdiyini söyləmişdi.

İndi sual yaranır, Paşinyan həqiqətənmi, tanış olmayan bir mühitdə, xüsusi xidmət orqanlarının nəzarət etməsinin mümkünsüz olduğu bir xarici ölkənin paytaxtında, xüsusən də Rusiya Ermənistan əhalisi qədər xüsusi xidmət orqanları ilə əlaqəli böyük şəbəkəyə malik olduğunu bildiyimiz halda bu cür açıqlamalar verməyin yolverilməz olduğunu əsla təsəvvür etmirdi. Paşinyan niyə yenidən Qarabağ müharibəsinin danışıq dili ilə deməli olsaq Rusiyanın “dabrosu” ilə baş verdiyini açıqlayır?

Paşinyanın sadəlövh bir insan olmadığını və harada hansı açıqlama verdiyini yaxşı başa düşmək olar. Buna görə də Rusiya paytaxtında birbaşa olaraq 2016-cı ildəki açıqlamalarının davamı sayıla biləcək belə bir açıqlama verməkdə onun nə marağı olduğunu anlamaq lazımdır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   MN   Böhran   Paşinyan  

Paşinyan 44 günlük müharibənin Rusiyanın “dabrosu” ilə baş verdiyini bildirib: Moskva görüşü hələ də müzakirə mövzusudur

2021/04/asfas-1619084327.jpg
Oxunub: 5212     14:12     22 Aprel 2021    