ABŞ-a məxsus qırıcı təyyarələr Estoniyada keçiriləcək hərbi təlimlərdə iştirak edəcək

2021/04/16190-1619068452.jpg
Oxunub: 643     11:13     22 Aprel 2021    
ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus F-15 E Strike Eagle qırıcıları “Agile Liberty” təlimləri çərçivəsində Estoniyaya gələcək.

Ordu.az xəbər verir ki, Estoniya hava məkanında həyata keçiriləcək təlim uçuşları pilotların aviatuşlayıcılarla qarşılıqlı əlaqəsi üzrə məşq etmək, ön cinaha hava zərbələri endirmək və hava hədəflərini yaxalama məqsədi daşıyır.

Bildirilib ki, təlimlərin keçirilmə zonası Estoniyanın “Emari” aviabazasının, Saaremaa və Hiyumaa adalarının ətraf yerlərini əhatə edir. Estoniya Hərbi-Hava Qüvvələrinin məlumatına əsasən, qırıcı təyyarələr ən azı 1500 metr yüksəklikdə uçacaqlar.

Qeyd edilir ki, ABŞ Hərbi-Hava Qüvvələrinin 48-ci qırıcı aviaqanadı Böyük Britaniyada Lakenhit aviabazasında dislokasiya edilib. ABŞ döyüş hazırlığını yoxlamaq məqsədilə davamlı olaraq bu kimi təlimlər keçirir. Taktik məşğələlər NATO müttəfiqləri arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmaq məqsədi daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Estoniya  

ABŞ-a məxsus qırıcı təyyarələr Estoniyada keçiriləcək hərbi təlimlərdə iştirak edəcək

2021/04/16190-1619068452.jpg
Oxunub: 644     11:13     22 Aprel 2021    