2016-cı il Nitsa terrorunun təşkilatçısının cinayət tərəfdaşı İtaliyada həbs edilib

2021/04/16190-1619067470.jpg
Oxunub: 568     12:00     22 Aprel 2021    
İtaliya polisi 2016-cı ilin iyul ayında Nitsa şəhərində yük maşınını izdihamın üzərinə sürərək terror törədən tunisli terrorçu Məhəmməd Lahuayec Buhlelin cinayət tərəfdaşını Apennin yarımadasının cənubunda, Kazerta şəhəri yaxınlığında həbs edib.

Ordu.az “Corriere della Sera” qəzetinə istinadən xəbər verir ki, 28 yaşlı Albaniya əsilli Endri Eletsi Buhleli silahla təmin edibmiş.

Qəzet yazır ki, onun həbsi Fransa rəsmiləri tərəfindən verilmiş Avropa orderi əsasında İtaliya və Fransa istintaq orqanlarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Xatırladaq ki, 14 iyul 2016-cı il tarixində yüksək sürətlə idarə olunan yük maşını Nitsa şəhərində Fransanın Milli Günü ilə əlaqədar toplaşmış minlərlə insanın olduğu izdihama çırpılıb. İnsident nəticəsində 86 nəfər ölmüş, 434 nəfər yaralanmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İtaliya   Teror  

2016-cı il Nitsa terrorunun təşkilatçısının cinayət tərəfdaşı İtaliyada həbs edilib

2021/04/16190-1619067470.jpg
Oxunub: 569     12:00     22 Aprel 2021    