Ordu.az xəbər verir ki, bu barədə “Reuters” Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) istinadən məlumat yayıb.
Məlumata görə, müəssisədə “maksimum 1044 IR-2m sentrifuqdan ibarət altı kaskad və maksimum 348 IR-4 sentrifuqdan ibarət iki kaskad yerləşdirilib, onlardan bəziləri artıq istifadə edilir”.
Təşkilat bildirir ki, İran rəhbərliyi IR-4 sentrifuqlarının daha dörd kaskadını obyektdə qurmağı planlaşdırır.
Qeyd edək ki, BAEA keçən həftə Tehranın Nətənz nüvə obyektində uranın 60% səviyyəsində zənginləşdirilməsinə başladığını açıqlamışdı.
Ordu.az