“Fəlakətli qətl”: Partizan müharibəsində ənənəvi mina müharibəsi taktikası və normalarının heç biri tətbiq edilmir

2021/05/1-1620126410.jpg
Oxunub: 1949     16:11     04 May 2021    
(VI yazı. V yazını BURADAN oxuya bilərsiniz)

Minalardan istifadə mülki və hərbi şəxslər arasında fərq yarada bilmədiyi üçün onun müharibədə istifadəsi mübahisəlidir. Onlar münaqişənin bitməsindən illər sonra da dinc insanlara və iqtisadiyyata zərər verərək təhlükəli vəziyyət yaradır. Bu gün dünyanın 78 ölkəsi minalarla çirklənib və hər il 15.000.000 insan bu partlayıcı qurğuların partlaması nəticəsində ölür və saysız-hesabsız insan şikəst olur. Mina qurbanlarının 80%-i mülki şəxslərdir, ən çox təsirlənən yaş qrupu isə uşaqlardır.

Partlayışların əksəriyyəti sülh dövründə baş verir. Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyası vasitəsilə təşkil olunan bir sıra təşviqat qruplarının təzyiqi ilə 1997-ci ildə Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsinə dair konvensiya imzalanıb. Ottava müqaviləsi adlanan razılaşmaya bu günə qədər 164 dövlət qoşulub, lakin Çin, Rusiya, ABŞ kimi böyük dövlətlər hələ də bu müqaviləyə qoşulmayıb

Mina torpağın altında gizlədilən və piyadalar, nəqliyyat vasitələri və tanklar üzərindən keçdiyi zaman partlayaraq onları öldürmək, sıradan çıxarmaq və ya məhv etmək üçün hazırlanmış partlayıcı qurğudur. Hədəf qurğunun üzərindən keçərkən tipik olaraq təzyiq səbəbindən avtomatik partlayır, bəzən digər partlama üsullarından da istifadə edilir. Hədəflər minanın birbaşa partlamasından, partlayış nəticəsində ətrafa saçılan qəlpələrdən və ya hər ikisindən zərər görə bilərlər.

Minalar iki əsas məqsəd üçün istifadə edilir:

1. Taktiki müdafiə maneələri yaratmaq, hücum edən qüvvələri əvvəlcədən təyin olunmuş atəş zonalarına yönəltmək və ya əlavə dəstək qüvvələrinin gəlməsinə imkan vermək üçün düşmən qüvvələrin irəliləməsini yavaşlatmaq.
2. Ərazinin aktiv müdafiəsi mümkün olmadıqda düşmənin ərazidən, qiymətli resurslardan və ya obyektlərdən istifadəsinin qarşısını almaq.

Minalar çox miqdarda əsasən ilk məqsəd üçün istifadə olunur, beləliklə Kipr, Əfqanıstan və Koreya kimi ehtimal olunan münaqişə bölgələrinin silahsızlaşdırılan (demilitarizə) zonalarında minaların yerləşdirilməsi geniş yayılıb. 2013-cü ildən etibarən hələ də Myanma və Suriya kimi dövlətlər qarşıdurmada minalardan istifadə edir.
Hərbi elmdə minalanmış sahələr düşməni yavaşlatmaq, düşmənin müəyyən ərazindən istifadəsini məhdudlaşdırmaq, düşməni öldürmə bölgələrinə yönəltmək və ya hərbi vasitə və canlı qüvvəyə hücum edərək mənəvi vəziyyəti sındırmaq üçün istifadə olunan müdafiə və ya təzyiq silahı hesab olunur. II Dünya Müharibəsi dövründə bəzi döyüşlərdə nəqliyyat vasitələrinin yarısından çoxu minalar vasitəsilə sıradan çıxarılırdı.

Mina təmizləyən avadanlıqlara sahib mühəndislər minalanmış yolu nisbətən sürətlə təmizləyə bildiyi üçün mina yalnız həssas toxunuşda partlayan cihazlar quraşdırıldıqda təsirli olur.

Dost orduların və silahlı olmayan şəxslərin minalanmış sahələrə girməsinin qarşısını almaq üçün adətən xəbərdarlıq nişanları və parça lentlə işarələnir. Bəzən minaları yerləşdirilən qoşunlar minalanmış sahələrdən istifadə edə bilirlər. Belə ki, əksər qüvvələr öz mina sahələrinin yerini və yerləşdirilməsini diqqətlə qeyd edirlər, çünki xəbərdarlıq lövhələri məhv edilə və ya silinə bilər və mina sahələri sonda təmizlənməlidir. Mina tarlaları onların içərisində hərəkətə imkan vermək üçün işarələnmiş və ya işarələnməmiş təhlükəsiz marşrutlara da sahib ola bilər.

Minalanmış ərazilərin işarələnmədən yerləşdirilməsi və sonradan götürülməsi üçün xəritələşdirilməməsi Cenevrə Konvensiyasına əlavə olan Bəzi Konvensial Silahlara dair Konvensiyanın II Protokoluna əsasən hərbi cinayət sayılır.

Artilleriya və aviasiyadan atılan səpələnən minalar minalanmış sahələrin möhkəmləndirilməsi və ya düşmən mühəndisləri tərəfindən təmizlənən digər maneələr də daxil olmaqla, düşmən bölmələrinin hərəkətli birləşmələrinin qarşısını almağa imkan verir. Bunlar düşməndən ayrılan qüvvələrin geri çəkilməsini təşkil etmək və ya ön xətt bölmələrini tədarükdən məhrum etmək üçün də istifadə edilə bilər. Əksər hallarda minalanmış sahələrdə tank və piyada əleyhinə minalar basdırılır. Amerika Birləşmiş Ştatları tərəfindən istifadə edilən bu tip minalar əvvəlcədən müəyyən edilmiş bir müddətdən sonra özünü məhv etmək üçün nəzərdə tutulub. Bu səpələnə bilən minaların bəzi dizaynlarının patlamaları üçün elektrik yükü (kondansator və ya akkumulyator) tələb olunur. Müəyyən bir müddətdən sonra ya enerji tükənir və təsirsiz qalır, ya da dövrə elə qurulur ki, aşağı səviyyəyə çatdıqda cihaz işə salınır və minanı məhv edir.

Partizan müharibəsi

Partizan müharibəsində ənənəvi mina müharibəsi taktikası və normalarının heç biri tətbiq edilmir:

Mina müdafiə rollarında istifadə edilmir (xüsusi mövqe və ya sahə üçün);
Minalanmış ərazilər işarələnmir;
Minalar ümumiyyətlə ərazini əhatə edən qrup şəklində deyil tək-tək yerləşdirilir;
Minalar çox vaxt nəzarətsiz qalır.

Minalar Cənubi Afrikadakı Sərhəd Müharibəsi zamanı qiyamçılar tərəfindən istifadə olunub və bu, Cənubi Afrikada ilk xüsusi minadan qoruyan zirehli texnikanın inkişafına səbəb oldu. Namibiya üsyançıları tank əleyhinə minalardan istifadə edərək Cənubi Afrika hərbi karvanlarına hücum edirdilər. Minaların təsbit edilməsi və zərərsizləşdirilməsi işlərini dayandırmaq üçün tank əleyhinə minalara paralel olaraq piyada əleyhinə minalar da basdırılırdı. Bu, əvvəlcə Cənubi Afrikanın hərbçi və polisləri arasında ağır itkilərlə nəticələndi, çünki hər gün qiyamçı istehkamçılara qarşı həssas olan yol şəbəkəsinin geniş məsafələri hərtərəfli aşkarlama və təmizləmə səylərini qeyri-mümkün edirdi.

Digər uyğun vasitə mina partlasa belə, sərnişinləri üçün çox az riskə səbəb olacaq minaya qarşı qorumalı vasitələrin qəbulu idi. Cənubi Afrika zirehli nəqliyyat vasitələri üçün minanın partladılmasını sərnişin hissəsindən kənarlaşdıran V şəkilli gövdə istehsal etdi.

Davam edən Suriya Vətəndaş Müharibəsi dövründə, İraq Vətəndaş Müharibəsi (2014–2017) və Yəmən Vətəndaş Müharibəsində (2015 - indiki) minalar həm müdafiə, həm də partizan məqsədləri üçün istifadə edilib.

(Ardı var...)
Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Fəlakətli qətl”: Partizan müharibəsində ənənəvi mina müharibəsi taktikası və normalarının heç biri tətbiq edilmir

2021/05/1-1620126410.jpg
Oxunub: 1950     16:11     04 May 2021    

Bizi "telegram"da izləyin