Erməni hərbi ekspert: “Ermənistana artıq ordu lazım olmamasına dair Türkiyə və Azərbaycanın irəli sürdüyü tezis təşviq edilir”

2021/04/Karen-1618998792.jpg
Oxunub: 2223     16:22     21 Aprel 2021    
“Ermənistanın Vayots Dzor vilayətində Nikol Paşinyanın orduda müddətli xidmətin müddətlərinin azaldılmasına dair bəyanatı kifayət qədər bulanıq idi”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Hovhannisyan deyib.

“Özüm bu bəyanatı seçkiqabağı təbliğat kampaniyası çərçivəsində nəzərdən keçirirəm, çünki müharibədən sonrakı ağır psixoloji dövrdə xidmət müddətlərinin azaldılmasının mümkün olduğunu eşitmək istənilən valideynin qulağına xoşdur. Hamımız yaxşı bilirik ki, hər bir valideyn öz uşağının həyatı və sağlamlığı barədə düşünür, bu, konkret seçici kütləsinin üzərinə işləmək metodudur, mən belə görürəm”, - deyə Karen Hovhannisyan qeyd edib.

O bildirib ki, Nikol Paşinyanın bəyanatı təhlükəlidir.

“Bununla sanki Ermənistana artıq ordu lazım olmamasına dair Türkiyə və Azərbaycanın irəli sürdüyü tezis təşviq edilir, bu, yaşıl işıq yandırır ki, onlar öz arzularının bənzər şəkildə görünən bəyanatları üçün Ermənistanda hazır zəmin yaratsınlar”, - deyə Hovhannisyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Böhran  

Erməni hərbi ekspert: “Ermənistana artıq ordu lazım olmamasına dair Türkiyə və Azərbaycanın irəli sürdüyü tezis təşviq edilir”

2021/04/Karen-1618998792.jpg
Oxunub: 2224     16:22     21 Aprel 2021    