“Həqiqət yalnız hakimiyyət dəyişikliyindən sonra ortaya çıxa bilər” - Qasparyan

2021/03/15993-1614838898.jpg
Oxunub: 629     16:20     21 Aprel 2021    
Aprelin 20-də Ermənistan Təhlükəsizlik Şurasının ofisi Təhlükəsizlik Şurasının 2020-ci il 30 sentyabr tarixli iclasının gizlilikdən çıxarılmış hissələrinin Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın hesabatı ilə bağlı səsyazmasını yayımlayıb.

Ordu.az-ın məlumatına görə, buna qədər Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Onik Qasparyan həmin günün iclasının yekun hissəsində Ermənistan Prezidentinin çıxışını və bundan sonra həm də özünün çıxışını tam şəkildə yayımlamağı tələb edib.

“Əminəm ki, yayımlasalar belə, montaj edilmiş olacaq. Həqiqət yalnız hakimiyyət dəyişikliyindən sonra ortaya çıxa bilər”, - deyə Qasparyan qeyd edib.

Qasparyan Ermənistan Təhlükəsizlik Şurasından təhlil aparmaq “sifariş”i almaq faktını təkzib edib.

“Onlar sifariş verməyiblər, mən təqdim etmişəm ki, Baş Qərargahda ətraflı şəkildə təhlil hazırlanır”, - deyə Onik Qasparyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qasparyan   Ermənistan  

“Həqiqət yalnız hakimiyyət dəyişikliyindən sonra ortaya çıxa bilər” - Qasparyan

2021/03/15993-1614838898.jpg
Oxunub: 630     16:20     21 Aprel 2021    