Almaniya Əfqanıstandakı qoşunlarını daha tez çıxaracaq

2017/12/German-troops-in-Afghanistan45456_1513857853.jpg
Oxunub: 539     14:15     21 Aprel 2021    
Almaniya Əfqanıstandakı qoşunlarını daha tez çıxarmağa hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin mətbuat katibi DPA-ya bildirib.

“Hazırda Kabildə NATO-nun Qətiyyətli Dəstək qərargahı qoşunların Əfqanıstandan çıxarılmasını daha da tezləşdirməyi düşünür. 4 iyul qoşunların çıxarılmasına başlamaq tarixi kimi müəyyən edilib. İştirakçı ölkələr hazırda yaranan çətinlikləri və nəticələri araşdırırlar. Lakin tarixlə bağlı son qərarvermə hüququ NATO Şurasında qalır”, - deyə mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Almaniyanın müdafiə naziri Annegret Kramp-Karrenbauer alman hərbçilərinin avqust ayının ortalarına qədər Əfqanıstandan çıxarılacağını bildirmişdi. 1100 əsgərlə Almaniya, təqribən 10 000 nəfərlik NATO qüvvələri arasında ABŞ-dan sonra ikinci böyük kontingenti təmsil edir.

Xatırladaq ki, ABŞ qoşunlarını Əfqanıstandan sentyabrın 11-dək çıxaracağını açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Almaniya Əfqanıstandakı qoşunlarını daha tez çıxaracaq

2017/12/German-troops-in-Afghanistan45456_1513857853.jpg
Oxunub: 540     14:15     21 Aprel 2021    