Ermənistan ordusunun daha iki əsgəri “dedovşinanın” qurbanı oldu

2019/03/0aca7-1553838795.jpg
Oxunub: 829     11:12     21 Aprel 2021    
Ermənistan ordusunda mövcud olan neqativ hallar, qanunsuzluqlar səbəbindən 2021-ci ildə hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlər zəminində baş verən cinayətlərin sayının artması əsgər valideynləri arasında ciddi narazılıqlara səbəb olub.

Ordu.az xəbər verir ki, eyni gündə Ermənistan ordusunun daha iki əsgəri “dedovşinanın” qurbanı olub.

Ermənistan müdafiə nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmətə yenicə başlayan gənc əsgərlər Samvel Saakyan və Aleksey Qabrielyan daha çox xidmət edən hərbi qulluqçular tərəfindən dəfələrlə döyüldüyü faktı ortaya çıxıb. Sonuncu dəfə daha amansızlıqla döyülərək müxtəlif ciddi bədən xəsarətləri aldıqları üçün tibb məntəqəsinə müraciət etməyə məcbur qaldıqdan sonra hərbi hissə komandiri hərbi polisə məlumat verib.

Lakin yenidən fiziki və mənəvi işgəncələrə məruz qalacaqlarından qorxan S. Saakyan və A. Qabrielyan kimlər tərəfindən döyüldüklərini deməkdən və şikayət etməkdən imtina edirlər.

Faktla bağlı rəsmi məlumat verilməsə də, hərbi polis tərəfindən araşdırma davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Dedovşina  

Ermənistan ordusunun daha iki əsgəri “dedovşinanın” qurbanı oldu

2019/03/0aca7-1553838795.jpg
Oxunub: 830     11:12     21 Aprel 2021    