Zelenski lazımi anda səfərbərliyə imkan verən qanunu imzalayıb

2020/08/5862a-1596689772.jpg
Oxunub: 666     11:03     21 Aprel 2021    
Ukrayna Prezidenti Vladimir Zelenski ehtiyatda olan hərbi vəzifəliləri lazımi anda səfərbər etməyə imkan verən qanunu imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Ukrayna Prezidenti martın 30-da Ali Rada tərəfindən qəbul edilmiş 1357-IX nömrəli hərbi xidmətə çağırış və səfərbərliklə bağlı qanunu imzalayıb.

Bu sənəd Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin səfərbərlik elan olunmadan xüsusi dövrdə ehtiyatda olanlarla (döyüş təcrübəsi olan, hərbi təlim keçmiş kadrlarla) təchiz edilməsinə dair tələbləri yaxşılaşdırır. Bu, bütün hərbi hissələrin müdafiə qüvvələrini sürətlə artırmağa imkan verəcək və hərbi təcavüz zamanı döyüş qabiliyyətlərini əhəmiyyətli dərəcədə artıracaq və qəfil təhdidlərə vaxtında cavab verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Səfərbərlik  

Zelenski lazımi anda səfərbərliyə imkan verən qanunu imzalayıb

2020/08/5862a-1596689772.jpg
Oxunub: 667     11:03     21 Aprel 2021    