Yaponiya kosmik agentliyə edilən kiber hücumlara görə Çini günahlandırır

2020/09/lapto-1600757721.jpg
Oxunub: 677     16:57     21 Aprel 2021    
Yaponiya hökuməti ölkənin Aerokosmik Kəşfiyyat Agentliyinə və 200-ə qədər aviasiya və tədqiqat şirkətlərinə edilən kiber hücumlara görə Çini günahlandırır.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiyanın polisi məlumat yayıb.

Bildirilir ki, hücumlar 2016-ci ildən başlayaraq həyata keçirilib. Hücuma görə Çin Kommunist Partiyasının üzvünün məsuliyyət daşıdığı qeyd olunur. Hücum zamanı hər hansı məlumat oğurluğu baş verməsə də, təşkilat və şirkətlərin işinə mane olub.

Yaponiya hökumətinin katibi Katsunobu Kato dünən keçirdiyi mətbuat konfransında yenidən Çini günahlandırıb. Çinin Xarici İşlər Nazirliyi əvvəlcə Yaponiyanın ittihamlarından xəbərdar olmadığını qeyd etsə də, daha sonra ittihamları rədd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Yaponiya kosmik agentliyə edilən kiber hücumlara görə Çini günahlandırır

2020/09/lapto-1600757721.jpg
Oxunub: 678     16:57     21 Aprel 2021    