Qazaxıstan Su-30SM qırıcısının qəzaya uğrama səbəbini açıqlayıb

2021/04/su-30-1618987994.jpg
Oxunub: 1136     16:30     21 Aprel 2021    
Qazaxıstanın Karaqanda bölgəsində Su-30SM qırıcısının qəzaya uğramasının ən çox ehtimal olunan səbəbi təyyarənin quş sürüsü ilə toqquşmasıdır.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Su-30SM qırıcısı 16 apreldə Balxaşda yerləşən (Karaqanda bölgəsi) aviasiya mərkəzində təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilotların həyatını xilas etmək mümkün olub, pilotlardan biri onurğanın sınığı ilə xəstəxanaya yerləşdirilib.

“Su-30SM təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün xüsusi yaradılmış komissiya bütün mümkün versiyaları nəzərdən keçirir. Bunlardan biri və ən çox ehtimal olunanı hərbi təyyarənin quş sürüsü ilə toqquşmasıdır”, - deyə Nazirlik qeyd edib.

Su-30SM Rusiyanın “Suxoy” Dizayn Bürosu tərəfindən istehsal edilən çoxfunksiyalı döyüş təyyarəsidir. Bu, Su-30 döyüş təyyarəsi ailəsinin ən inkişaf etmiş versiyalarından biridir. Qazaxıstan bu təyyarələrdən 24 ədəd sifariş verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qazaxıstan   SU-30SM  

Qazaxıstan Su-30SM qırıcısının qəzaya uğrama səbəbini açıqlayıb

2021/04/su-30-1618987994.jpg
Oxunub: 1137     16:30     21 Aprel 2021    