Rusiyanın Su-57 qırıcıları daxili bölmələrində 10-dan çox kiçik PUA daşıya biləcək

2021/04/su-57-1618987963.jpg
Oxunub: 751     11:39     21 Aprel 2021    
Rusiyanın beşinci nəsil Su-57 döyüş təyyarəsinin daxili bölmələrində 10-dan çox kiçik PUA daşıya biləcək.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya hərbi sənaye kompleksindəki mənbə “RİA Novosti” agentliyinə məlumat verib.

Bildirilir ki, PUA-lar düşmənin Hava Hücumundan Müdafiə sistemlərini sıradan çıxarmaq üçün təyyarədən aşağıya buraxılacaq. Hava vasitələri, həmçinin təyyarənin radioelektron mühitə girməsindən əvvəl düşmən radarlarına müdaxilələr edə biləcək.

Hal-hazırda PUA-ların təyyarələrə yerləşdirilməsi üçün müvafiq avionika və müvafiq tip proqram təminatı üzərində iş artıq başlayıb.

Agentliyin həmsöhbəti qeyd edib ki, kompleksin əsasını qanadlı raket formasında hazırlanmış kiçik PUA-lar təşkil edəcək. PUA-lar 1,5 metr uzunluğa və 1,2 metrə qədər qanad uzunluğuna, saatda 600-700 kilometr sürətə malik olacaq. PUA-ların bəzilərinin döyüş başlığı daşıyacağı da bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Su-57   PUA  

Rusiyanın Su-57 qırıcıları daxili bölmələrində 10-dan çox kiçik PUA daşıya biləcək

2021/04/su-57-1618987963.jpg
Oxunub: 752     11:39     21 Aprel 2021    