NASA Marsda pilotsuz helikopterin uçuşunu həyata keçirib

2021/04/nasa_-1618833114.jpg
Oxunub: 453     15:47     19 Aprel 2021    
ABŞ Milli Aerokosmik Agentliyi (NASA) Marsda pilotsuz helikopterin ilk uçuşunu uğurla həyata keçirib.

Ordu.az xəbər verir ki, agentlik uçuşun baş tutduğunu təsdiq edib.

Qeyd olunur ki, "Ingenuity" pilotsuz helikopteri Yerdən başqa digər planetin səthində uçuş həyata keçirən ilk aparat olub.

Pilotsuz aparat Marsın səthindən 3 metr hündürlüyə qalxıb və bir neçə dəqiqə havada qalıb.

Helikopterin bundan sonra daha bir neçə uçuş keçirəcəyi bildirilib.

Qeyd edək ki, "Ingenuity" helikopteri bu ilin fevralında "Perseverance" aparatının tərkibində Marsa eniş etmişdi. Onun ilk sınaq uçuşu proqramda qeydə alınan qüsurlara görə bir neçə dəfə təxirə salınmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

NASA Marsda pilotsuz helikopterin uçuşunu həyata keçirib

2021/04/nasa_-1618833114.jpg
Oxunub: 454     15:47     19 Aprel 2021    