Tank və Piyada əleyhinə minalar: Onlar öldürmək və ya şikəst etmək üçün hazırlanıb, kiminsə həyatını xilas etmək üçün yox

2021/04/456-1619690436.jpg
Oxunub: 2081     16:05     29 Aprel 2021    
(V yazı. IV yazını BURADAN oxuya bilərsiniz)

Minalardan istifadə mülki və hərbi şəxslər arasında fərq yarada bilmədiyi üçün onun müharibədə istifadəsi mübahisəlidir. Onlar münaqişənin bitməsindən illər sonra da dinc insanlara və iqtisadiyyata zərər verərək təhlükəli vəziyyət yaradır. Bu gün dünyanın 78 ölkəsi minalarla çirklənib və hər il 15.000.000 insan bu partlayıcı qurğuların partlaması nəticəsində ölür və saysız-hesabsız insan şikəst olur. Mina qurbanlarının 80%-i mülki şəxslərdir, ən çox təsirlənən yaş qrupu isə uşaqlardır.

Partlayışların əksəriyyəti sülh dövründə baş verir. Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyası vasitəsilə təşkil olunan bir sıra təşviqat qruplarının təzyiqi ilə 1997-ci ildə Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsinə dair konvensiya imzalanıb. Ottava müqaviləsi adlanan razılaşmaya bu günə qədər 164 dövlət qoşulub, lakin Çin, Rusiya, ABŞ kimi böyük dövlətlər hələ də bu müqaviləyə qoşulmayıb

Mina torpağın altında gizlədilən və piyadalar, nəqliyyat vasitələri və tanklar üzərindən keçdiyi zaman partlayaraq onları öldürmək, sıradan çıxarmaq və ya məhv etmək üçün hazırlanmış partlayıcı qurğudur. Hədəf qurğunun üzərindən keçərkən tipik olaraq təzyiq səbəbindən avtomatik partlayır, bəzən digər partlama üsullarından da istifadə edilir. Hədəflər minanın birbaşa partlamasından, partlayış nəticəsində ətrafa saçılan qəlpələrdən və ya hər ikisindən zərər görə bilərlər.

Tank əleyhinə minalar

Birinci Dünya Müharibəsində tankın ixtirasından bir müddət sonra tank əleyhinə minalar yaradıldı. Əvvəlcə kustar üsullarla müxtəlif dizaynlar hazırlanmışdı. Partlayıcılar tank keçən yollara yerləşdirilirdi. Minalar zirehli maşınları və tankları, eləcə də içərisində olan ekipajı zərərsizləşdirmək və ya hərəkətini yavaşlatmaq üçün nəzərdə tutulub. ABŞ hərbi terminologiyasında nəqliyyat vasitələrini məhv etmək “fəlakətli qətl”, yalnız hərəkətini yavaşlatmaq “mobil qətl” adlalandırılır.

Tank əleyhinə minalar bir qayda olaraq piyada əleyhinə minalara nisbətən daha böyükdür və partlaması üçün daha çox təzyiq tələb olunur. Normalda 100 kiloqram təzyiqlə partlayan tank əleyhinə minalar piyada və ya daha az əhəmiyyətə sahib kiçik avtomobillər tərəfindən təmas zamanı partlamır. Daha müasir tank əleyhinə minalarda partlayıcıların zireh nüfuzunu artırmaq üçün kumulyativ effektdən istifadə edilir.

Piyada əleyhinə minalar

Piyada əleyhinə minalar nəqliyyat vasitələrindən fərqli olaraq əsasən insanları öldürmək və ya yaralamaq üçün nəzərdə tutulub. Çox vaxt qarşı tərəf üzərində logistik dəstək (evakuasiya, tibbi) yükünü artırmaq üçün piyadaları öldürmək əvəzinə yaralamaq üçün hazırlanırlar. Bəzi piyada əleyhinə mina növləri zirehli maşınların tırtıllarına və ya təkərlərinə də zərər verə bilər.

XXI əsrin asimmetrik müharibə toqquşmalarında və daxili müharibələrində kustar üsullarla hazırlanmış partlayıcı olaraq bilinən maddələr piyada əsgərlərin və mülki şəxslərin yaralanma mənbəyi olaraq ənənəvi minaları üstələdi. Kustar üsullarla hazırlanan partlayıcı maddələr əsasən qiyamçılar və terrorçular tərəfindən nizamlı silahlı qüvvələrə və mülki şəxslərə qarşı istifadə olunur. Piyada əleyhinə kustar üsullarla hazırlanan partlayıcı maddələrlə yaralanmaların əllərin kəsilməsi və aşağı bədən əziləsinin itirilməsi ilə nəticələnən minalardan daha pis olduğu bildirilir.

Xüsusiyyətləri və funksiyası

Ənənəvi minalar əsasən partlayıcı doldurulmuş korpusdan ibarətdir. Minanın üzərində təzyiq düyməsi kimi tətikləyici mexanizm mövcuddur. Bu vasitə minanı partlatmaq üçün istifadə edilir. Zərərsizləşdirmə əleyhinə önləyici qurğular kimi əlavə vasitələr də yerləşdirilə bilər.

Partlatma mexanizmləri və işə salma hərəkətləri

Minalar təzyiq, hərəkət, səs, maqnit və titrəmə də daxil olmaqla, bir sıra nəsnələr tərəfindən işə salına bilər. Piyada əleyhinə minalar ümumiyyətlə bir insanın ayağının təzyiqindən partalayır, ancaq üçtelli işə salma mexanizmlərindən də tez-tez istifadə olunur. Əksər müasir tank əleyhinə minalarda təkərlər və ya tırtıllar ona toxunmasa da partlamasını təmin etmək üçün maqnitdən istifadə olunur. İnkişaf etmiş minalar daxildə quraşdırılan xüsusi qurğular vasitəsilə dost və düşmən nəqliyyat vasitələri arasındakı fərqi hiss edə bilirlər. Bu nəzəri cəhətdən dost qüvvələrin minalanmış ərazidən istifadə etməsinə, düşmənin girişinə mane olmağa imkan verəcək.

Bir çox mina düşmən mühəndislərinin zərərsizləşdirməsinin qarşısını almaq üçün əsas tətikləyicini toxunma tətiyi ilə birləşdirir. Mina dizaynlarında metal detektoru ilə axtarışları çətinləşdirmək üçün mümkün qədər az metaldan istifadə edilir. Əsasən plastikdən hazırlanan minaların bir üstünlüyü də ucuz olmasıdır.

Bəzi müasir mina növləri münaqişə sonunda mülki itki ehtimalını azaltmaq üçün bir neçə həftə və ya bir ay sonra özünü təsirsiz hala gətirmək üçün hazırlanıb. Bu özünü məhv etmə mexanizmləri tamamilə etibarlı deyil və tarixən qoyulmuş minaların əksəriyyəti bu şəkildə təchiz olunmayıb.

Filmlərdə minaların üzərinə basdıqdan sonra müxtəlif yollarla kənara çəkilərək ondan xilas olmaqla bağlı yanlış təsəvvür formalaşdırılıb. Əslində isə mina ilkin təmasda partlayır, çünki öldürmək və ya şikəst etmək üçün hazırlanıb, kiminsə həyatını xilas etmək üçün yox.

Zərərsizləşdirmə əleyhinə önləyici cihaz

Zərərsizləşdirmə əleyhinə önləyici cihazlar zərərsizləşdirilməsinin qarışısı almaq üçün minalara quraşdırılır. Məqsəd minalanmış əraziləri təmizləmək cəhdlərini dayandıraraq zərərsizləşdirənlərə mane olmaqdır.

Bəzi minalar standart dizaynı təqlid edə bilər, lakin əslində PMN minalarının MC-3 və PMN-3 kimi variantları mina təmizləyənləri öldürmək üçün nəzərdə tutulub. Zərərsizləşdirmə əleyhinə önləyici cihaz həm piyada əleyhinə minalarda, həm tank əleyhinə minalarda, ya dizaynının ayrılmaz hissəsi, ya da kustar əlavələr kimi ola bilər. Bu səbəbdən minalar üçün standart təhlükəsiz prosedur onları qaldırmadan yerindəcə məhv etməkdir.

(Ardı var...)
Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Mina  

Tank və Piyada əleyhinə minalar: Onlar öldürmək və ya şikəst etmək üçün hazırlanıb, kiminsə həyatını xilas etmək üçün yox

2021/04/456-1619690436.jpg
Oxunub: 2082     16:05     29 Aprel 2021    