Faiq Adıgözəlov şəhidlik, qardaşları isə qazilik zirvəsinə yüksəldi – REPORTAJ (FOTOLAR)

2021/04/17487-6475286732.jpg
Oxunub: 3632     15:00     20 Aprel 2021    
Azərbaycan xalqının 30 ilə yaxın idi ki, qəlbini sızladan bir yara vardı. Çoxlarının sağalmaz hesab etdiyi bu yara nə dünənin, nə də bu günün yarasıydı. Artıq 3 əsrə yaxın bir zaman çərçivəsində xalqımızın başına gətirilən müsibətlər sayəsində yaranan bu yaralara biri də əlavə olunmuşdu: Qarabağ.

İşğal tarixi günbəgün uzandıqca bir çoxları elə hesab edirdi ki, bu yaranın da əvvəlki torpaq itkiləri kimi məlhəmi olmayacaq. Artıq nə dövr həmin dövr, nə insanların düşüncəsi həmin səviyyədə deyildi. Üstəgəl inkişaf və ən əsas müstəqil siyasət yeritmək imkanı bu yaraya məlhəm hazırlayırdı. Artıq bunun mümkünsüzlüyünü təbliğ edənlər bilmirdilər ki, səbrli və təmkini ilə bütün itthamlara səssiz qalan ölkə rəhbərliyi bu yaranın məlhəmini hazırlayırdı. Bu məlhəmin yaralara sürtülərək sağalması isə şəhid qanı axıdılmadan mümkün deyildi.

Vətən toprpaqlarına dəyən düşmən gülləsinin yarasını sağaltmaq üçün bu torpaqlara qanı axan daha bir şəhidimiz Yevlax rayon Nemətabad kənd sakini, Faiq Mehdi oğlu Adıgözəlovdur.

Ordu.az bu dəfə Faiq Adıgözəlovun xidmət yolunu təqdim edir.

Vətən müharibəsi şəhidi Faiq Mehdi oğlu Adıgözəlov 1996-cı il 1 sentyabr tarixində Yevlax rayonu Nemətabad kəndində anadan olub. 2014-2016-cı illərdə həqiqi hərbi xidmətini Daşkəsən rayonunda təmas xəttində keçib. Hərbi xidmətdən tərxis edildikdən sonra 2017-ci ildə yenidən müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmətə qayıdır.

Yolumuz Yevlax rayonu Nemətabad kəndinədir. Kəndin girişində ilk olaraq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan kənd sakinlərinin adının əbədiləşdirildiyi abidə kompleksini görürük. Kompleksi ziyarət edirik.

Şəhid Faiq Adıgözəlovun atası Mehdi əmi deyir ki, bu kompleks kənddə olan 8 şəhid ailəsinin maddi dəstəyi ilə inşa edilib. Abidənin kəndin girişində qoyulmasının əsas səbəblərindən biri hər gün bu kənddən kənara səfər edən hər bir kəsin onları hörmət və ehtiramla anmaları üçün seçilib. Mehdi əmi bildirdi ki, abidədə vurulan stenddə olan 8 nəfərin 3-ü 90-cı illər Qarabağ savaşında itkin düşüb, 1 nəfəri isə şəhid olub. Qalan 4 şəhidimiz isə 2020-ci ildə torpaqlarımızın geri qaytarılması zamanı aparılan Vətən müharibəsində şəhadətə yüksələnlərdir. Bu görülən işlər onu deməyə əsas verir ki, heç şübhəsiz ki, Faiq Adıgözəlov və onun kimi vətən fədailərin əziz xatirəsi qəlblərdə daim yaşayacaq.

20%-i ermənilərin işğalı altında olan torpaqlarımızı ermənilər 1991-ci ildən başlayaraq xarici havadarlarının və keçmiş Sovet hakimiyyətindəki rəhbərlərin dəstəyi ilə aktiv şəkildə ordusuz, silahsız olan Azərbaycanın qərb bölgəsini kənd-kənd, şəhər-şəhər ələ keçirməyə başladılar. Lakin ermənilərin 3 ilə işğal etdikləri torpaqlarımızı cəmi 44 gün ərzində işğaldan azad edənlər Faiq Adıgözəlov və onun kimi minlərlə gənc Azərbaycan əsgərləri oldular. Təbii ki, bu cür vətənpərvər ruhda böyümək və vətəni sevmək qandan gəlsə də, fiziki hazırlıq və düşmənin əsas məkrli niyyətlərinin qarşısında sədd çəkmək üçün mütləq şəkildə tam hazırlıqlı olmaq vacibdir. Elə bu hazırlığın nəticəsi idi ki, Faiq Adıgözəlov bir neçə dəfə keçirilən ordu oyunlarının iştirakçısı olub.

Mehdi əmiylə bərabər evlərinə yollanırıq. Otaqlardan birini göstərib deyir ki, bu Faiqin otağıdır. Şəhadətindən sonra onun əşyaları bu otaqda səliqəylə saxlanılır.

Divarda və stolun üzərində qoyulan fotolar diqqət çəkir. Faiq Adıgözəlovun körpə yaşlarından şəhadət olduğu zamana qədər olan müxtəlif yaşlarda çəkilən fotoları səliqəylə sərgilənib. Hərbi formada olan bir neçə fotolarda əcnəbilərin də olduğunu görürük. Fotoya diqqətlə baxdığımızı görən Mehdi dayı deyir ki, Faiq bir neçə dəfə beynəlxalq ordu yarışlarında Azərbaycanı təmsil edib.

“Sevindirici haldır ki, həmin yarışların hamısında da böyük müvəffəqiyyətlər qazanıb. Oğlum mənim müharibə iştirakçısı olduğumu bilirdi. Çünki övladlarımın hər birinə bunu hər zaman danışmışam. Keçdiyimiz döyüş yolları aparılan hərbi əməliyyatlar, ermənilərin bizim dinc sakinlərimizə necə divan tutmaları. Bax onun nəticəsiydi ki, Faiq atıcılığa daha çox maraq göstərirdi. Çox sevinirəm və şükür edirəm ki, oğlum illərdir, hazırlandı və özünündə dediyi kimi düşməni gözündən vurmağa nail oldu. Biz bu gün burada sağ gəzməyimizin əsas səbəbkarı olan o cür övladlarımızın ruhu qarşısında baş əyirəm. Bu gün qəlbəmizə sevinməyə bilmərəm. Düzdür, hər bir valideyn üçün, övlad itkisi olduqca ağır olur. İnanın, mən o qədər sevinirəm ki, oğlum Faiq bu gün xalqımızın ZƏFƏR tarixini yazan “müəlliflərdən” biridir. Mən belə düşünürəm ki, əgər mən bu gün oğlum üçün ağlasam, onun ruhu narahat olar. Axı o xalqımızın zəfərin yazanlardan biridir?!”, - deyə şəhidimizin atası qeyd edir.

Bəli, dünyanın hərb tarixinə düşən bu qəhrəmanlıq, igid ərənlərimizin bu fədakarlığı sadəcə öyülməyə və qürurlanmağa yetər. Baxmayaraq ki, Vətən müharibəsindən aylar keçib, bu gün də Azərbaycan xalqının tarixinə yazılan bu azadlıq savaşı dünya mediasının gündəmindədir. Haqq savaşında Azərbaycanın minlərlə vətənpərvər övladı şəhid və qazi oldu.

Mehdi əmi söhbətimiz sırasında qeyd etdi ki, Vətən müharibəsində Adığözəlovlar ailəsinin 3 övladı iştirak edib. Onlardan 2-si qazi adına layiq görüldü. Evin sonbeşiyi olan Faiq Adığözəlov isə şəhidlik zirvəsinə yüksəldi. Zəfərlə başa çatan 44 günlük savaşla 1-ci Qarabağ savaşı zamanı olan qazilərin, şəhidlərin, soyqırıma məruz qalan dinc sakinlərin qisasını elə Qarabağ qazisinin ailəsində böyüyən Faiq və onun kimi vətən fədailəri atalarının yolunu davam etdirməklə almalı idilər. Faiq Adıgözəlov da mərdliyi, cəsarəti və təlimlərdə əldə etdiyi biliklər sayəsində düşmənin bir neçə zirehli texnikasını və canlı qüvvəsini məhv edir. Lakin fasiləsiz davam edən gərgin döyüşlərin birində növbəti düşmən texnikasını məhv etdikdən sonra snayper gülləsinə tuş gəlir. Faiq Adıgözəlovun məzarı Yevlax şəhərinin Şəhidlər xiyabanındadır. Vətən müharibəsi başa çatandan sonra Faiq Adıgözəlovun döyüşdəki fəaliyyəti hərbi komandanlıq tərəfindən yüksək qiymətləndirilib. Faiq Mehdi oğlu Adıgözəlov “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Şəhid  

Faiq Adıgözəlov şəhidlik, qardaşları isə qazilik zirvəsinə yüksəldi – REPORTAJ (FOTOLAR)

2021/04/17487-6475286732.jpg
Oxunub: 3633     15:00     20 Aprel 2021    