Qibləgahımız, and yerimiz olan Şəhidlər Xiyabanı... (FOTOLAR)

2021/04/17515-1618821048.jpg
Oxunub: 918     15:26     19 Aprel 2021    
Qibləgahımız, and yerimiz olan Şəhidlər Xiyabanı... Bu gün bu xiyabana ziyarətə gələnlərin sayı daha çoxdur. Təkcə şəhid yaxınları deyil, azyaşlı məktəblilərin də Şəhidlər Xiyabanını ziyarətə gəlmələri adi hal alıb.

Bərdə məktəbliləri hər gün dərsdən sonra Şəhidlər Xiyabanını ziyarət edirlər. Körpə fidanların şəhidlərin məzarı üstündə səsləndirdikləri bu çağırış təkcə şəhid yaxınlarına deyil, həm də o şəhidlərin ruhuna bir rahatlıq mesajıdır. Qoy, şəhidimin ruhu rahat olsun. Onların mətinliklə addımladığı və zəfərlə saldıqları bu qələbə yolunun estafeti yetişməkdə olan nəsillərin etibarlı əllərindədir.

Zərifə Əliyeva adın Texniki Təmayüllü Liseyin ibtidai sinif müəlliməsi, Şərafət Quluyevanın da həyat yoldaşı 90-cı illərdə Qarabağ müharibəsində şəhid olub. Bütün həyatını körpələrin Vətənə sevgi hissilə böyüməsinə həsr edən müəllimə tarixlər yazan şəhidlərimizin qəhrəmanlıq yolunun daha da vətənpərvər bir nəslin yetişməsində yüksək rolu olduğunu bildirir. Bu səbəbdəndir ki, az yaşları olmasına baxmayaraq, məktəblilər xalqımızın zəfər tarixini yazan şəhidlərimizin məzarını ziyarət etməyi təkidlə tələb edirlər.

“30 ildir torpağımız işğal altındadır. Bu illər ərzində bütün müəllimlərimiz, Azərbaycan müəllimlərinin hamısı uşaqlarını vətənpərvər ruhda yetişdirməyə çalışıb. Şükür ki, buna da nail olmuşuq. Ən sevindirici tərəf odur ki, uşaqlarımız onlardan öncə məzunlarımız olan, onların bu gün təhsil aldığı siniflərdə oturub təhsil alıb bu gün şəhidlik zirvəsinə ucalan şəhidlərimizin məzarlarını ziyarət etməyə can atırlar. Şəhidlər Xiyabanını görməyə, onları ziyarət etməyə, burada gördükləri bu mənzərədən ruhlanaraq, xalqımızın uzun illər yaşadığı qanlı tarixlərə son qoyan igidlərimizdən örnək götürməyə çalışırlar. Bu da bizi sevindirir. Onlar başa düşürlər ki, burada uyuyan şəhidlərimiz torpaqlarımızın azadlığı uğrunda canlarından keçiblər, şəhadətə yüksəliblər”, - deyə Şərafət Quliyeva bildirib.

Vətəni sevmək, torpağa bağlılıq tərbiyəsi ailədən və məktəbdən gəlir. Bu gün düşmən üzərində qələbə çalan övladlarımız da bu tərbiyənin layiqli davamçıları olublar. Təbii ki, hər kəs onların bu müqəddəs amal yolunda atdıqları inamlı addımlarla qürur duymalı, fəxr etməlidir.

Şəhidlər Xiyabanına ziyarətə gələn məktəblilərə dövlət və dövlətçiliyin qorunması, vətəni sevmək barədə söhbətlər edilir.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Şəhidlər   Məktəblilər  

Qibləgahımız, and yerimiz olan Şəhidlər Xiyabanı... (FOTOLAR)

2021/04/17515-1618821048.jpg
Oxunub: 919     15:26     19 Aprel 2021    