Ağcabədidə şəhid olan hərbi qulluçunun xatirəsinə ehsan bulağı inşa edilib – FOTOLAR

2021/04/17462-1618820626.jpg
Oxunub: 2175     14:28     19 Aprel 2021    
Onlar müqəddəs amal uğrunda şəhid oldular. Ən ali məqsədləri isə torpaqlarımızın bütövlüyü, dövlətimizin suverenlyinin möhkəmlənməsi olub.

Ordu.az xəbər verir ki, şəhid adlarının əbədiləşdirilməsi üçün daha bir addım Ağcabədinin Sarıcalı kəndində atılıb.

Ağcabədi rayonunun Sarıcalı kəndində Vətən torpağının azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsinə ehsan bulağı inşa edilib. Bulaq kompleksi Vətən müharibəsi şəhidi, əslən bu kənddən olan Xocalı sakini Ceyhun Mustafazadənin ailə üzvləri tərəfindən yaradılıb. Bulaq kompleksində 90-cı illərdə gedən müharibədə şəhid olan kənd sakinlərinin də fotoları asılıb.

Şəhid Ceyhun Mustafazadə müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi kəşfiyyat bölüyündə xidmət edib. Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Qardaşları bildiriblər ki, Ceyhun və onun silahdaşlarının vətən uğrunda apardıqları xidməti bu gün qürurla davam etdirməyə hazırdırlar.

Kompleksin açılışına kənd sakinləri və şəhid yaxınları ilə bərabər, bu rayondan olan şəhid ailələri də qatılıb. Atılan bu addımı müsbət qiymətləndiriblər. Bulaqdan suyun daimi gəlməsi təmin edilib.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Sarıcalı  

Ağcabədidə şəhid olan hərbi qulluçunun xatirəsinə ehsan bulağı inşa edilib – FOTOLAR

2021/04/17462-1618820626.jpg
Oxunub: 2176     14:28     19 Aprel 2021    