Fransa ordusu daha 3 ədəd E-2D “Hawkeye” havadan erkən xəbərdarlıq təyyarələri alır

2021/04/E-2D--1618814005.jpg
Oxunub: 674     16:42     19 Aprel 2021    
Fransa Müdafiə Nazirliyi və ABŞ-da yerləşən “Northrop Grumman” müdafiə şirkəti arasında üç ədəd E-2D “Hawkeye” havadan erkən xəbərdarlıq təyyarələrinin tədarükü ilə bağlı müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Northrop Grumman” şirkəti məlumat yayıb.

Bildirilir ki, təyyarələrin alınması üçün imzalanan müqavilənin ümumi dəyəri 99 milyon ABŞ dollarıdır. Müqavilə Fransa hökuməti üçün üç E-2D “Hawkeye” təyyarəsinin istehsalını və çatdırılmasını, onları dəstəkləyən uzunmüddətli məhsulların və əlaqədar xidmətlərin tədarükünü əhatə edir. Müqavilə üzrə işlərin 2027-ci ilin aprelində başa çatdırılması planlaşdırılır.

E-2D “Hawkeye” olduqca inkişaf etmiş hava radarlarına malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Fransa   Ordu  

Fransa ordusu daha 3 ədəd E-2D “Hawkeye” havadan erkən xəbərdarlıq təyyarələri alır

2021/04/E-2D--1618814005.jpg
Oxunub: 675     16:42     19 Aprel 2021    