Bəhreyn üçün AH-1Z hücum helikopterlərinin istehsalına başlanılıb

2021/04/afasf-1618813894.jpg
Oxunub: 676     15:30     19 Aprel 2021    
ABŞ-ın “Bell” şirkəti Bəhreyn üçün AH-1Z “Viper” hücum helikopterlərinin istehsal prosesinə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, şirkət Bəhreyn üçün ümumilikdə 12 ədəd helikopter istehsal edəcək.

ABŞ Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində 2018-ci ilin aprelində Bəhreynə AH-1Z hücum helikopterlərinin satılmasına razılıq verib. Müqavilə çərçivəsində helikopterlərin tədarükü bu ilin sonundan etibarən başlayacaq.

Müqavilədə helikopterlərlə yanaşı AGM-114 “Hellfire” raketləri, “TopOwl” dəbilqəyə inteqrasiya edilmiş görüntüləmə sistemləri var. Müqavilənin ümumi dəyəri 911.4 milyon dollardır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bəhreyn   ABŞ  

Bəhreyn üçün AH-1Z hücum helikopterlərinin istehsalına başlanılıb

2021/04/afasf-1618813894.jpg
Oxunub: 677     15:30     19 Aprel 2021    