“Lragir”: Ankarada Kremlin siyasi komplekslərini, motivasiyasını yaxşı bilirlər

2021/04/f9360-1618658900.jpg
Oxunub: 1533     18:27     17 Aprel 2021    
Rusiya XİN-in rəsmi nümayəndəsi Maria Zaxarova bildirib ki, Moskva Ankaranın Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Kiyevin hərbi yönümlü bəyanatlarını analiz etmək və Ukrayna hakimiyyətinin hərbi yönümlü əhval-ruhiyyələrini qidalandırmamaq çağırışını dinləyəcəyinə ümid edir.

Moskvanın çağırışlarına cavab olaraq Ankara bildirib ki, “Bayraktar”lar da daxil olmaqla Ukraynaya silah tədarükü biznesdir və Rusiya da bunları ala bilər.

“Lragir” nəşri yazır ki, ruslar Ermənistanın Bakını silahlandırmamaq çağırışlarına bənzər şəkildə cavab verirdilər.

“Üstəlik, Moskva Bakıya təkcə biznes üçün yox, həm də siyasi məqsədlərlə silah tədarük edirdi, bununla yanaşı müharibə hüququ və erməniləri cilovlamaq zəmanətləri verirdi. Öz növbələrində rus və ukraynalı ekspertlər qeyd edirlər ki, “Kiyev revanşizmi” və türklərin Ukraynada aktivliyi çox konkret siyasi və hərbi əsaslara malikdir: bu, Qarabağda Ermənistana qarşı müharibə və Rusiyanın rolu, iştirakıdır”, - deyə məqalədə qeyd olunub.

Müəllif yazıb ki, Ankarada Kremlin siyasi komplekslərini, motivasiyasını yaxşı bilirlər və Kiyevi silahlandırma və Qarabağdakı hərbi təcrübə ilə birlikdə bu biliyi də ötürürlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ankara   Kreml  

“Lragir”: Ankarada Kremlin siyasi komplekslərini, motivasiyasını yaxşı bilirlər

2021/04/f9360-1618658900.jpg
Oxunub: 1534     18:27     17 Aprel 2021    