“168 jam” nəşri yazır ki, həmin bu çıxışda dipnotlar, gizlənmiş məqsədlər var idi, bunları ört-basdır etmək üçün bəlkə də Paşinyan öz sözünə bu cür qarışıq həssaslıq vermişdi.
Xüsusən, Nikol Paşinyan başqa ziddiyətli bəyanatlar arasında yenə türklərin və azərbaycanlıların düşmən olub-olmaması haqqında danışaraq bildirib: “Bu statusda nə etməliyik, bu düşmənçiliyi nə qədər eskalasiya edəcəyik, hansı iş üslubu qəbul edəcəyik? Bu kontekstdə biz bir suala cavab verməliyik - onlar və biz bir-birimizi tanımağı problem olaraq qoyuruq? Problem budur, amma Ermənistan bu cür problem formalaşdırmalıdır”.
Nəşr qeyd edir ki, bu hissə cəmiyyət üçün yenilik deyildi, Nikol Paşinyan artıq bir neçə dəfə düşmənçilik münasibətini dəyişmək zərurəti barədə danışıb.
“Vaxtı gələndə o, düşmənçiliyi düşmənçilik, ticarəti ticarət elan edəcək və Azərbaycanın Avrasiya İqtisadi Birliynə üzv olmasına qarşı çıxmayacaq”, - deyə məqalədə bildirilir.
Alpər Mövludoğlu
Ordu.az