Ermənistanda silahlı dəstə NATO-ya qarşı mübarizə aparmaqla hədələdi

2021/04/17385-1618644637.jpg
Oxunub: 1388     11:32     17 Aprel 2021    
Ermənistanda “Erməni Qartalları” adlı silahlı dəstə ölkənin yeganə strateji müttəfiqi olan Rusiyanı müdafiə edərək Rusiya Silahlı Qüvvələri tərkibində NATO-ya qarşı mübarizə aparmağa hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə onlar bəyanat yayıb.

“Müstəqil millətləri və suveren dövlətləri kölələşdirən və məhv edən birləşmiş qərbin Şimali Atlantika hərbi-siyasi ittifaqı olan qatil NATO Sovet dövlətlərindən biri olan Ukrayna vasitəsilə erməni millətinin dostu, Ermənistanın yeganə strateji müttəfiqi Rusiyaya qarşı müharibə əməliyyatlarına başlamağa çalışır və ya hazırlaşır, guya həmin birləşmiş qərb tərəfindən məhv edilən Ukraynanı müdafiə edir.

“Erməni Qartalları: Vahid Ermənistan” partiyasının “Erməni Qartalları” könüllü dəstəsi bəyan edir ki, NATO-nun (fərqi yoxdur, yaxud Türkiyənin) və ya Ukraynanın, yaxud ikisinin birgə qüvvələri tərəfindən dost Rusiyaya qarşı müharibə əməliyyatlarına başlamaq halında “Erməni Qartalları” könüllü dəstəsi dəstənin komandiri polkovnik Xaçik Asryanın başçılığı altında Rusiya Silahlı Qüvvələrinin tərkibində bu müharibədə iştirak edəcək, Ermənistanın xarici təhlükəsizliyinin yeganə qarantı olan Rusiyanın ərazi bütövlüyünü müdafiə edəcək”, - deyə bəyanatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   NATO  

Ermənistanda silahlı dəstə NATO-ya qarşı mübarizə aparmaqla hədələdi

2021/04/17385-1618644637.jpg
Oxunub: 1389     11:32     17 Aprel 2021    