Milli Məclisin sədri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb

2021/02/15870-1613311669.jpg
Oxunub: 639     11:28     17 Aprel 2021    
Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqa səfəri çərçivəsində “COVİD-19 pandemiyası şəraitində qlobal çağırışlar və təhdidlər. Terrorizm və şiddətli ekstremizm” mövzusunda keçirilən Beynəlxalq konfransda çıxış edib.

Ordu.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın təşəbbüsü ilə AŞPA, ATƏT PA, Aralıq dənizi Parlament Assambleyası və BMT-nin Terrorla Mübarizə İdarəsi ilə birlikdə təşkil olunan tədbirdə S.Qafarova bildirib ki, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq humanitar hüququn prinsiplərini pozaraq minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir.

Milli Məclisin sədri beynəlxalq təşkilatları bu məsələdə Ermənistana təsir göstərməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Milli-Məclis   Ermənistan  

Milli Məclisin sədri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb

2021/02/15870-1613311669.jpg
Oxunub: 640     11:28     17 Aprel 2021    