Yunanıstan və İsrail 1.6 milyard avroluq müdafiə müqaviləsi imzalayıb

2021/04/helle-1618644421.jpg
Oxunub: 995     14:51     17 Aprel 2021    
Yunanıstan və İsrail iki ölkə arasında aylardır davam edən danışıqlardan sonra ən böyük müdafiə təchizatı müqaviləsini imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilə çərçivəsində Yunanıstanın cənubunda yerləşən Kalama hava limanı İsrailin “Elbit Systems” şirkəti tərəfindən beynəlxalq təlim mərkəzinə çevriləcək.

22 il müddətində qüvvədə olacaq müqavilənin dəyəri təxminən 1,6 milyard avrodur. İsrailin “Elbit Systems” şirkəti tenderdə Kanadanın CAE şirkəti ilə rəqabət aparırdı.

Razılaşmaya əsasən, “Elbit Systems” helikopter təlim sistemlərinin, “Raytheon” şirkətinin “Beechcraft T-6 Texan II” təlim təyyarələrinin Yunanıstan Hərbi Hava Qüvvələrinin inventarında saxlanmasını və simulyatorların modernləşdirilməsini icra edəcək.

Müqaviləyə görə, İtaliyanın “Leonardo” şirkəti Yunanıstan Hərbi Hava Qüvvələri üçün 10 ədəd M-346 təlim təyyarələri tədarük edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yunanıstan   İsrail  

Yunanıstan və İsrail 1.6 milyard avroluq müdafiə müqaviləsi imzalayıb

2021/04/helle-1618644421.jpg
Oxunub: 996     14:51     17 Aprel 2021    