Almaniya MN PUA-ların silahlandırılması uğrunda mübarizəni davam etdirəcək

2021/04/alman-1618643991.jpg
Oxunub: 1248     18:18     17 Aprel 2021    
Almaniya Müdafiə naziri Anneqret Kramp-Karrenbauer ordunun müxtəlif silahlar daşıyan zərbə PUA-ları əldə etməsi uğrunda mübarizəni davam etdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Almaniya parlamenti Fransa ilə birlikdə istehsal edilən “Eurodrone” PUA-larını silahsız saxlamaq niyyətindədir. Bu həftə parlamentin büdcə komitəsi PUA-ların istehsalı üçün vəsait ayırmağa razı olsa da, iki şərt irəli sürüb. Bunlardan biri PUA-ların sursat daşımasını, digəri PUA operatorlarına taktiki silah təlimi keçirilməsini qadağan edir.

Kramp-Karrenbauer PUA-ların silahlandırılması barədə kampaniya aparsa da, Almaniya hökumətinin kiçik koalisiya tərəfdaşı olan sosial demokratlar zərbə PUA-ları ilə bağlı etik düşüncələrin hələ tam müzakirə edilmədiyini iddia edir.

16 aprel tarixində “Twitter” hesabında Kramp-Karrenbauer Avropa İttifaqının önümüzdəki illərdə müdafiə qabiliyyətini qaldırmaq məqsədi daşıyan “Eurodrone” proqramının davam etməsinə icazə verdiyi üçün deputatlara təşəkkür edib.

Eyni zamanda, o, zərbə PUA-ları üçün kampaniyaya davam edəcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Almaniya   PUA  

Almaniya MN PUA-ların silahlandırılması uğrunda mübarizəni davam etdirəcək

2021/04/alman-1618643991.jpg
Oxunub: 1249     18:18     17 Aprel 2021    