Region üçün yeni “Metsamor” təhlükəsi: Paşinyan Moskvadan siyasi dəstək qarşılığında Parisin maraqlarını güzəştə getdi

2020/07/10969-1594973637.jpg
Oxunub: 2589     11:56     17 Aprel 2021    
Enerji müasir dünyada geosiyasətin bir hissəsidir. Ermənistanda yeni tikilməsi nəzərdə tutulan nüvə elektrik stansiyası bölgə üçün hansı rol oynaya bilər, region dövlətinin bu məsələdəki münasibəti və Rusiyanın rolu nədir?

Nikol Paşinyan və Vladimir Putinin aprelin 7-də Moskvadakı görüşü zamanı digər məsələlərlə yanaşı Rusiyanın Ermənistanda yeni nüvə elektrik stansiyasının inşasında iştirak perspektivlərini müzakirə ediblər. Əgər bu məsələ əvvəllər dövlət rəhbərləri səviyyəsində müzakirə olunubsa belə, bu barədə rəsmi açıqlamalar olmayıb. Tərəflər artıq bu dəfə gözlənilən əməkdaşlıqdan açıq şəkildə danışdıqları üçün bu məsələdə artıq prinsip etibarilə bir qərarın olduğunu düşünmək olar.

Ermənistanda yeni nüvə elektrik stansiyası tikmək məsələsi, mövcud nüvə stansiyasının istismar müddəti bitdiyindən getdikcə aktuallaşır. İrəvanda heç kim nüvə enerjisindən imtina etməyin mümkünlüyünü ciddi şəkildə müzakirə etmir. Mövcud şəraitdə bunun alternativi yoxdur və yaxın gələcəkdə olması da mümükn deyil. Ermənistan hökuməti yanvar ayında nüvə enerjisinin inkişafına yönəlməyi hədəfləyən yeni bir enerji inkişaf strategiyası qəbul edib.

İndi İrəvandan 30 km məsafədə yerləşən Metsamor şəhərindəki nüvə elektrik stansiyası ölkənin elektrik enerjisinin demək olar ki yarısını istehsal edir. AES-in birinci bloku 1976-cı ildə istismara verilib. Hazırda 407 Mvt gücündə olan enerji bloku 1980-ci ildən işləyir. Mənəvi cəhətdən köhnəlmiş SER-440 (Su Enerji Reaktoru) tipli reaktorun normativ istifadə müddəti keçib. Beynəlxalq mütəxəssislərin rəyi əsasında istismar müddəti iki dəfə artırılıb. Mütəxəssislər reaktorun 2036-cı ilə qədər problemsiz işləyə biləcəyinə əmin edirlər. Ancaq bu son tarixdir.

20 ildir ki, yeni bir atom elektrik stansiyasının inşası müzakirə olunur, lakin son vaxtlara qədər erməni səlahiyyətlilərin son qərarı verməyə tələsməməsi diqqət çəkir. Səbəblər ciddidir. 2018-ci ilin mart ayında o zamankı Ermənistanın Enerji İnfrastruktur Naziri Aşot Manukyan parlament müxalifətinin o zamankı lideri Paşinyanın sualını cavablandırarkən məsələyə belə aydınlıq gətirmişdi.

“Nüvə texnologiyaları çox sürətlə inkişaf edir. Əgər 5 il əvvəl iki fərqli texnologiya arasında seçim etmə imkanımız vardısa, bu gün hər biri daha ucuz və etibarlı olan 5 seçim alternativimiz var. Bu səbəbdən hökumət mövcud enerji blokunu ehtiyatları tükənənə qədər istifadə etmək üçün aydın bir qərar verib. O vaxta qədər isə yeni enerji blokunun hansı texnologiya ilə necə qurulacağına dair qərar veriləcək”, - deyə o qeyd edib.

Yeni nüvə elektrik stansiyası tikmək məsələsi sonuncu dəfə 2016-cı ilin fevralında Ermənistan hökumətində ciddi müzakirə edilib. O zaman Ermənistanın Enerji Nazirliyi tərəfindən təqdim edilmiş 5 milyard dollarlıq layihənin yenidən baxılması üçün geri qaytarılmasına qərar verilmişdi. Bir neçə əsas düzəliş var idi.

Hər şeydən əvvəl, gələcək stansiyanın gücü yenidən işlənərək 1000 Mvt-dan 600 Mvt-dək endirildi (bu, ilk növbədə xərclər smetasının 1,5-2 milyard dollar azaldılmasına imkan verəcək). İkincisi, inşaat üçün kredit götürmək niyyətindən imtina edilməsi və dövlət zəmanəti ilə birbaşa investisiyalara üstünlük verilməsinə qərar verilmişdi.

Əvvəlcə Ermənistan hökuməti nüvə elektrik stansiyasının inşası üçün vəsait cəlb etmək məqəsdilə Ümumdünya İnvestorlar Konqresini keçirməyi planlaşdırırdı. Ancaq bu fikirdən imtina etməli oldular. Stansiyanın inşaasını bacaranların arasında investor axtarmağın daha asan olduğu aydın oldu. Başqa sözlə, layihənin çox güman ki, şirkətlər və banklar tərəfindən deyil, tərəfdaş ölkələrin dövlət və ya dövlətə yaxın olan strukturlar tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulurdu.

Enerji müasir dünyada geosiyasətin bir hissəsidir. AES-in inşasında və istismarında iştirak etmək ölkədə və bölgədə siyasi varlığın bir formasıdır. Bu səbəbdən də Ermənistanda yeni nüvə elektrik stansiyası tikintisi layihəsi, Ermənistanın geosiyasi sahəsindəki əsas oyunçular arasında belə bir maraq doğururdu. Rusiyanın iştirakı həmişə daha perspektivli hesab edilib. Ancaq digər variantlar da müzakirə edilmişdi. Fransa layihəyə xüsusi maraq göstərirdi.

2011-ci ildə İrəvana səfəri zamanı Nikola Sarkozi Fransız şirkətlərinin Ermənistanda yeni atom elektrik stansiyası tikintisində iştirakı məsələsinin müzakirə olunduğunu söyləmişdi. Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Katibi Pier Leluş belə deyib: “Fransa Ermənistanda yeni nüvə enerji blokunun inşasında iştirakını ciddi şəkildə nəzərdən keçirir”. Daha sonra Fransanın nüvə enerjisi sahəsində ixtisaslaşmış ORANO şirkətindən bir qrup mütəxəssis İrəvanı ziyarət etmişdi.

Onlar Ermənistan Baş nazirinin müavini ilə görüşmüşdülər. 2018-ci ilin noyabr ayında Ermənistan Enerji İnfrastruktur naziri vəzifəsini icra edən Qreqin Baqramyan təkcə fransızlardan deyil, çinlilərdən də maraqlı təkliflər olduğunu açıqlamışdı. Baqramyanın bu sözləri erməni və xarici mətbuatda müxtəlif şərhlərə yol açdı.

Çoxları bunu İrəvanın AES-in inşası məsələsində Rusiya ilə ortaqlıqdan imtina etmək niyyəti kimi dəyərləndirdi. Ancaq 2018-ci ilin noyabrında Paşinyan “Эхо Москвы” radiostansiyasına verdiyi müsahibədə açıq şəkildə bildirmişdi: “Nüvə elektrik stansiyasının inşasında Rusiyanın köməyinə ümid edirəm, çünki hazırda layihəni həyata keçirmək üçün kifayət qədər resurslarımız yoxdur. Rus tərəfdaşlarımız bizə kömək etmək istəsələr, bu köməyi məmnuniyyətlə qəbul edəcəyik”.

Nüvə enerjisi sahəsində ixtisaslaşmış Rusiya dövlət şirkətləri, ticari-siyasi maraqlar halında dövlətdən 3-4 milyard dollar sərmayə cəlb edə bilərlər. Gözlənilməz hallar baş verməzsə, tikinti işləri 6 ildən çox olmayacaq.

Mütəxəssislər nəqliyyat infrastrukturunun gözlənilən istismara verilmə məsələsi həll edildikdən sonra layihənin həyata keçirilməsini əhəmiyyətli dərəcədə asanlaşdıracağını qeyd edirlər. Məsələ burasındadır ki, blokada dövründə reaktorun çatdırılması ilə bağlı ciddi çətinliklər yarana bilər. İrəvanda düşünürlər ki, Azərbaycan ərazisindən keçən dəmir yolu əlaqəsinin bərpası bu problemin həllinə imkan verə bilər.

Erməni ekspert Artyom Yerkanyan qeyd edir ki, Bakının bu layihəyə mane olmaq imkanı var: “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinin Sərhədlərarası Konvensiyasına (Espo Konvensiyası) əsasən, bir dövlətin nüvə elektrik stansiyası tikilməzdən əvvəl ətrafdakı bütün ölkələrə ətraflı şəkildə ətraf mühit riski hesabatı təqdim etməsi tələb olunur”.

2011-ci ilin may ayında Azərbaycan tərəfi həmin beynəlxalq sənədə istinad edərək Metsamor AES-in istismar müddətinin uzadılmasına dair məsələyə baxılmasını tələb etmişdi. Azərbaycan Nəqliyyat Nazirliyi yanında Nüvə Tədqiqatları Mərkəzinin rəhbəri Adil Qəribov bu yaxınlarda Bakının Ermənistana qarşı tələblərdə çox sərt olacağını bildirmişdi.

Əslində bu, ölkəmizin yeni nüvə elektrik stansiyasının inşasını bütün vasitələrlə əngəlləyəcəyinə işarədir. Azərbaycan Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov da bu ruhda çıxış edib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hesabat iclasında çıxış edərək, ermənilərin yeni atom elektrik stansiyası tikmək hüququndan məhrum edilməlidir, çünki Ermənistan iqtisadi cəhətdən zəif bir ölkədir, böyük gücə malik reaktora xidmət edə bilməyəcək.

Ankaranın da layihəni əngəlləməyə çalışacağı istisna edilmir. Bir neçə il əvvəl Türkiyə Parlamentində Metsamor elektrik stansiyasının bağlanmasını tələb etmək cəhdləri də edilmişdi. Böyük Millət Məclisin deputatı Sinan Ohan Ermənistan AES-in qonşu ölkələrin ətraf mühitinə mənfi təsirini qiymətləndirmək üçün xüsusi bir parlament komissiyası yaratmağı təklif etmişdi.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Böhran   Paşinyan  

Region üçün yeni “Metsamor” təhlükəsi: Paşinyan Moskvadan siyasi dəstək qarşılığında Parisin maraqlarını güzəştə getdi

2020/07/10969-1594973637.jpg
Oxunub: 2590     11:56     17 Aprel 2021    