Düşmən minalarından əlil olmuş sakinlərimiz: “Mən havada olduğum vaxt partlayışı eşitdim” (FOTOLAR)

2021/04/17-27514238030.jpg
Oxunub: 2403     15:05     15 Aprel 2021    
Hərbi sursatlar içərisində öz çapına görə ən təhlükəli sayılanlardan biri də minalardır. Minalar həm görünüşünə, həm də partlayış gücünə görə fərqlənsə də, əsas hədəf canlı qüvvə və texnikaların məhv edilməsinə yönəlib. Təəssüflər olsun ki, minalar təmizlənmədiyi halda uzun illər torpaq altında qalsa belə, öz təhlükəsini qoruyub saxlayır. Müharibə başa çatdıqdan sonra minaya düşərək həlak olan sakinlərimiz az deyil. Kimsə həsrətinə son qoymaq, kimsə maraq, kimsə səhlənkarlıq, kimsə şəxsi təsərrüfatını inkişaf etdirmək üçün ya işğaldan azad edilən ərazilərdə, ya da bir vaxtlar təmas xətti sayılan yerlərdə minaya düşərək həyatlarını itirir. Şanslı olanlar isə ömür boyu şikəst yaşamağa məhkum olurlar.

Ordu.az bu yazıda müharibədən sonra, fərqli yerlərdə düşmən minasının qurbanı olan şəxslərlə söhbəti təqdim edir.

Bu sözləri bu ilin fevral ayının 22-də Ağdamın işğaldan azad edilə Yusicanlı kəndi istiqamətində minaya düşən Əfətli kənd sakini Anar Hüseynov səsləndirib. Anar deyir ki, həmin günü o və qardaşları bir yerdə olublar. Böyük qardaşı ilə birgə əkin sahələrinə baş çəkmək üçün gediblər. Təsərrüfat sahələri ovaxtkı təmas xəttində olduğundan sahəyə tez-tez getmək və əkilən məhsulu becərmək mümkün olmayıb. Bu səbəbdən də onlar ya taxıl, ya da buğda əkirlər. Artıq ermənilərin onların təsərrüfat sahələrində gülləyə tutmaq kimi bir təhlükəsi olmadığından bu il bol məhsul əldə etmək üçün sahələrini daha yaxşı becərmək istəyiblər. Anar qardaşları Bayram və Raziylə birlikdə sahələrində becərmə işləri görüblər. İşlərini yekunlaşdırdıqdan sonra qardaşı təklif edib ki, uzun illərdir, əzizlərinin işğalda olan məzarını ziyarətə getsinlər.

“Dedi, gəl gedək, orada, Qarqarın qırağında qəbristanlığı ziyarətə gedək. Mən getmədim, böyük qardaşım Razi və məndən kiçik qardaşım Bayramla birlikdə bunlar getdilər ziyarət etməyə. Bir də onların yanında Razinin az yaşlı oğlu var idi. Mən maşının yanında qaldım. Aradan bir müddət keçmişdi, mən geri gəlirdim. Mənə xəbər gəldi ki, bəs qardaşlarım minaya düşüblər. Mən atama xəbər elədim, atam, mən və Bəhruz adlı bir tanışımız birlikdə getdik qardşımgili xilas eləməyə. Amma, özümüz də minanın qurbanı olduq”, - deyə mina partlayışı nəticəsində xəsarət alan Anar bildirib.

Anar deyir ki, onlar hadisə yerinə çatanda, qardaşları sağ olub. Amma hər ikisi müxtəlif dərəcəli ağır xəsarətlər almışdılar.

“Onlar saat 4 radələrində düşmüşdülər. Biz gec məlumat almışdıq. Artıq qanitirmələri də olmuşdu. Yaxınlaşanda gördüm ki, birinin iki ayağını tamam aparıb. Birinin də ayaqdan başa qədər bədənin ön tərəfi tamamilə parçalanmışdı. Qardaşlarım aydın danış bilməsələr də, kömək istədiklərini işarə edidilər. Rəngləri qaralmışdı. Mən yaxınlaşdım, qardaşım Razini gördüm ki, oğlunu sinəsinə sıxıb. Əvvəl elə bildim uşaq da dünyasını dəyişib. Amma gördüm ki, o sağdır. Mən qardaşımı götürüb geri çəkiləndə minaya düşdüm”, - deyə o qeyd edib.

Anar deyir ki, hər şey bir anın içərisində baş verdi. Nələrin baş verdiyini anlayanda isə artıq gec olub. O, bədəninin qan içində, ayağının isə üzüldüyünü görüb.

“Nə baş verdiyini bilmədim. İlk olaraq havaya qalxdığımı hiss etdim. Ayaqlarım yerdən üzüldü. Mən havada olduğum vaxt partlayışı eşitdim. Yerə çırpılanda belə, nə baş verdiyini bilmədim. Gözümə bir anda qaranlıq çökmüşdü. Təsəvvür edirsiniz, hər tərəf işıqlı olduğu halda birdən- birə qaranlıq içərisində olursan. Heç nə eşitmirdim, qulağımda uzun bir zingilti səsi var idi. Nə qədər vaxt keçdiyini bilmirəm, gözüm aydınlananda ayağımın olmadığını gördüm. Mənim düşdüyüm minanın partlayışı qardaşımı tamamilə parçalamışdı. Bayaqdan yaralı olan Razi indi artıq yox idi. Mənimlə gedən atam və Bəhruzun da yaralandığını gördüm”, - deyə Anar bildirib.

Yaralı halda bir müddət hadisə yerində qalan Anar və onun ailə üzvlərini ANAMA əməkdaşları ərazini təmizləyəndən sonra çıxara biliblər.

Mina... Bu hərbi sursatın əsas təyinatı qarşı tərəfin həmləsi zamanı canlı qüvvə və texnikanı məhv edərək əməliyyatın ləngidilməsi üçün nəzərdə tutulub. Lakin ermənilər bu sursatlardan dinc sakinlərimizin həyatına qəsd etmək məqsədilə istifadə edirlər. Ermənistanda son zamanlar istehsal edilən minaların böyük əksəriyyəti elə bu təyinat üzrə istifadə edilir. Bu hal ilə bağlı olan bir neçə hadisə zamanı az yaşlı uşaqların da məhv edilməsi erməni terrorunun hədəfindən yayınmayıb. Oyuncaqların içərisinə minaların yerləşdirilməsi, sel sularının gəlişi zamanı plastik minaların yaşayış məntəqlərinə axıdılması da elə bu məqsədlə həyata keçirilib. Bu cür terror aktlarını qurbanına çevrilənlərdən biri Tərtərin əvvəlki təmas xəttinə yaxın olan Borsunlu kənd sakini Niyaməddin Verdiyevdir.

Niyaməddin Verdiyev kəndin örüş sahədində öz mal – qarasını otararkən minaya düşüb. O, yaşadığı dəhşətli hadisədən sonra ayağının birini itirib.

“Mal-heyvan otardığım zaman fevral ayının 22-si idi. Adətən orada heyvan otarırdıq, yəni ora örüş yerimizdi. Gedirik, gəlirik, həmin yerdə elə heyvan otrdığım yerdə bir də gördüm açıldı, məni havaya atdı. Gördüm ki, arxası üstə düşmüşəm. Baxdım ki, ayağım yoxdur. Ayağımı tamamilə yararsız vəziyyətə salıb. Daha özümü itirmədim, telefonla tez zəng elədim ki, filan yerdə minaya düşmüşəm, maşın gəlsin məni götürsün”, - deyə Niyammədin bildirib.

Niyaməddin Verdiyev deyir ki, onun minaya düşdüyü yerdə tapılan minalar Ermənistan istehsalıdır. Həmin ərazilərə necə və nə vaxt basdırıldığı bilinməsə də, dinc sakinlərin həyatını təhlükəyə atılması məqsədilə edildiyi bəllidir.

“Bu kauçuk minalardandır. Ermənistan istehsal etdiyi minadan. Nədən tanıyıram onu? Çünki İncə çayı daşanda o minalardan gəlir. Həmin minanı çay gətirir. Çayın üzünə çıxır, görürəm, tanıyırmam. Ermənistan minasıdır”, - deyə o qeyd edib.

Borsunlu kəndində də mina faciəsi ilk deyil. 2012-ci ildə bu kəndin sakini olan Sabir Əsədov da örüş sahəsində mal-qara otararkən minaya düşərək həlak olub.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Mina   Düşmən  

Düşmən minalarından əlil olmuş sakinlərimiz: “Mən havada olduğum vaxt partlayışı eşitdim” (FOTOLAR)

2021/04/17-27514238030.jpg
Oxunub: 2404     15:05     15 Aprel 2021    