Ermənistan ətrafında dairə daralır: Türkiyə Samtsxe-Cavaxetidə hərbi baza açmaq istəyir?

2021/04/timth-1618387798.jpg
Oxunub: 11865     11:10     15 Aprel 2021    
“Ermənilər tarixə daha yaxşı yaşamaq istəyən, lakin daha da pis yaşamağa başlayan bir xalq kimi düşəcəklər”.

Bu, Ermənistanın 2018-ci ilin yazından bəri yaşadığı bütün həqiqətləri təsvir edə biləcək formuldur.

44 günlük müharibədəki məğlubiyyətdən sonra Paşinyanın komandası cəmiyyətin “incə sosial qavrayış telləri” ilə oynamağa davam edir. Paradoks ondadır ki, əvvəllər Paşinyan və Ter-Petrosyan dairələri 1990-cı illərin əvvəlindəki nisbi üstünlüyü “bütün problemlərin və iqtisadi çətinliklərin səbəbi kimi” təqdim etməyə çalışırdısa, indi hakimiyyət məğlubiyyəti, ərazi itkilərini, təxminən 5.000 insanın ölümünü “parlaq bir gələcəyin təminatı” kimi təqdim etməyə çalışır. Oruelin və onun “Müharibə sülh, azadlıq köləlik, cəhalət gücdür” deyə məşhur formulunu yada salaq.

Erməni mətbuatında dərc olunan məqalədə qeyd olunur ki, Paşinyan və onun komandası “parlaq gələcəyin” açarını nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasında, eləcə də Türkiyənin gözlənilən iqtisadi genişlənməsində görür.

“Hətta bu genişlənmə üçün “məcburi formul” yəni “qonşularla əməkdaşlıq” adını da icad ediblər. Bunlar hamısı Paşinyan və komandası tərəfindən həyata keçirilən təcavüzkar Türkiyə meyilli təbliğatın təməlində dayanan “parlaq bir gələcək” nağıllarıdır”, - deyə məqalədə qeyd olunub.

Eyni zamanda, Paşinyanın dar çevrəsinin yaydığı formullardan birinə görə, “bölgənin reallıqları dəyişib, Türkiyənin düşmən kimi qəbul edilməsi də daxil olmaqla Ermənistan yanaşmalarına və düşüncələrinə yenidən baxmalıdır”.

Xatırlayırsınızsa, ABŞ-ın keçmiş prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton İrəvana səfəri zamanı “Ermənistanın tarixi stereotiplərdən qurtulmalı olduğunu” açıq şəkildə bildirmişdi və indi hər kəsə aydındır ki, bu ilk növbədə “Türkiyənin Ermənistan və ermənilərin düşməni” kimi təqdim edilməsinə aid olan məsələ idi.

Türkiyə nə deyir və nə edir?

Bir tərəfdən, Türkiyə Xarici İşlər naziri səviyyəsində Ermənistanla münasibətlərin normallaşacağına ümid etdiyini bəyan edir. Eyni zamanda, Türkiyə bölgəmizdəki hərbi varlığını gücləndirməklə yanaşı, Ukraynaya da aktiv hərbi yardım göstərir. Sual ola bilər, Ukraynanın bütün bunlarla nə əlaqəsi var?

Erməni müəllif iddia edir ki, tarix bu gün təkrarlanır.

“II Dünya Müharibəsi günlərində olduğu kimi, Türkiyə Cənubi Qafqaza daxil omaq üçün Stalinqrad döyüşünün bitməsini gözləyirdisə, indi də Ankara, Donbasdakı qarşıdurmanın Rusiya üçün arzuolunmaz bir sonluqla nəticələnəcəyi təqdirdə, Ankara 44 günlük müharibənin nəticələrini yenidən nəzərdən keçirməyə çalışacağı məqamı gözləyir. Türkiyə Azərbaycanda hərbi baza əldə etməyə, eyni zamanda Azərbaycanı Naxçıvan və bütün Türkiyə ilə birləşdirəcək Mehri Dəhlizi üzərində nəzarət yaratmağa çalışacaqdır. Bütün bu kontekstdə Türkiyənin Gürcüstanda hərbi varlığı Ermənistan ətrafındakı dairənin bir hissəsi ola bilər.

Hal-hazırda Türkiyənin Gürcüstanda mümkün hərbi varlığı barədə nə bilinir?

44 günlük müharibə zamanı İngiltərənin Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qətnaməsini qəbul etməsini əngəllədiyini ilk bildirən “ИА Реалист” də daxil olmaqla, bir sıra rus mənbələri Türkiyənin təkcə Gürcüstanda bir hərbi baza yerləşdirməyi planlaşdırmadığını, eyni zamanda 2007-ci ildə ölkəni tərk edən rus qoşunlarının geridə qoyduğu hərbi infrastrukturdan da geniş istifadə etməyi planlaşdırdığını bildirib”, - deyə ermənilər yazır.

Beləliklə, rəsmi Ankara Samtsxe-Cavaxetidəki keçmiş 62-ci Rusiya hərbi bazasının ərazisində hərbi baza yaratmağı planlaşdırır. Bundan əlavə, Türk inşaat şirkətləri artıq keçmiş Rusiya hərbi bazasının infrastrukturunu modernləşdirməyə və ərazisini təmir etməyə başlayıb.

Samtsxe-Cavaxetidə hərbi baza Türkiyəni maraqlandıran yeganə obyekt deyil. Bu ilin əvvəlində Tbilisidə Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin hesabatı yayımlanmışdı. Məlumata görə, keçən ilin sonunda Ankara Gürcüstan Müdafiə Nazirliyinə 100 milyon lirə (17,5 milyon dollar) qrant ayırıb. Qrant hərbi malların və xidmətlərin satın alınması, habelə Gürcüstan, Azərbaycan və Ermənistanın kəsişməsində yerləşən Marneuli hərbi hava limanının modernləşdirilməsi üçün ayrılıb. Sovet dövründə bu hərbi hava limanı Zaqafqaziya hərbi dairəsinin hərbi hava sisteminin mühüm əlaqə limanı sayılırdı.

Bu hava limanının potensialı xüsusilə 2008-ci il müharibəsi zamanı, Gürcüstan təyyarələrinin hava limanı ərazisindən uçuşlarının qarşısını almaq üçün Rusiya təyyarələri tərəfindən dəfələrlə bombalandığı zaman özünü qabarıq şəkildə göstərmişdi.

Erməni mətbuatında dərc olunan məqalədə qeyd olunur ki, təqdim olunan məlumatlara yekun vurmaqla yanaşı Gürcüstanın NATO və qurumun regional operatoru olan Türkiyə ilə artan əməkdaşlığını nəzərə alaraq qeyd etmək olar ki, ermənilərin yaşadığı Samtsxe-Cavaxetidə türk hərbi bazasının yaradılması daha realdır.

“Əlbətdə ki, təqdim olunan faktları və Türkiyənin Gürcüstanda hərbi varlığını gücləndirmək istəyini nəzərə alaraq (xüsusilə Marneuli hava limanının modernləşdirilməsi ilə əlaqədar) bu addımların NATO maraqları ilə bağlı olduğunu deyə bilərik.

Ancaq fakt budur ki, Gürcüstan ərazisində keçmiş SSRİ Hərbi Hava Qüvvələrinin ən azı iki hava limanı var və bu, NATO-ya üzv dövlətlərin maraqlarını cəlb edə bilər. Biri Gürcüstanın qərbindəki Senaki şəhərində, digəri Gürcüstan paytaxtının yaxınlığındakı Vaziani şəhərində yerləşir. Lakin Türkiyənin seçimi Gürcüstan-Azərbaycan-Ermənistan sərhəddinin kəsişməsində yerləşən Marneuli Hava Limanı oldu. Başqa sözlə, bu məsələdə Ermənistan faktoru və rəsmi Ankaranın antierməni oriyentasiyası həlledici rol oynayır.

Türkiyə nəinki Rusiya ilə sərhəd boyunca hərbi varlığını artırır, həm də təkcə ölkəmizə deyil, həm də Gürcüstan erməniləri üzərində hərbi təzyiqlərini artırır.

Ən azından, Türkiyənin Gürcüstanda hərbi baza açmaq istəyi məntiqlidir, çünki bu fakt “yerdə, real həyatda” Türkiyənin Cənubi Qafqazdakı siyasi və geosiyasi proseslərdə yekun iştirakına dair Ankaranın ambisiyalarını təsdiq edəcək. Bununla yanaşı, bölgə kiçikdir və aydındır ki, Türkiyənin daxil olması Rusiyanın mövqeyini zəiflətmək və ya tamamilə bölgədən sıxışdırmaq hesabına olmalıdır. Bu baxımdan, Türk tərəfinin yalnız məhdud sayda qoşunlarını Gürcüstana gətirməyi deyil, həm də tarixən 62-ci Rusiya hərbi bazasının yerləşdiyi yerə yerləşdirməyi üstün tutması çox simvolikdir.

44 günlük müharibə zamanı simvolik xüsusiyyətlərin Bakı və Ankara üçün nə qədər əhəmiyyətli olduğunu gördük, bu səbəbdən 5-6 noyabr tarixlərində şəhərə daxil olunmasını, Bakı və Paşinyan 9 noyabr Azərbaycan bayrağı günü ərəfəsində Şuşanın tutulduğunu açıqladılar.

Bundan əlavə, Samtsxe-Cavaxetidə on minlərlə erməninin kompakt şəkildə yaşadığı heç kimə sirr deyil, onların arasında türk qoşunlarının yerləşdirilməsi rəsmi Ankaranın erməni elementini bütün Cənubi Qafqaz bölgəsindən uzaqlaşdırmağa yönəlmiş siyasətinin bir hissəsidir. Onu da qeyd etmək lazımdır ki, Ermənistan rəsmiləri “Türkiyə ilə siyasi və iqtisadi əməkdaşlıq perspektivləri” barədə danışarkən, bütün bu həqiqətləri görməməzlikdən gəlməklə kifayətlənmir, (baxmayaraq ki, bütün bunları anlamadıqlarından yox, hər şeyi məqsədyönlü etdikləri, Rusiyanı bölgədən çıxarmaq və Türkiyəyə təslim etmək istəklərinin olması barədə bir fikir var), həm də Ərdoğanın Türkiyəsinin xarici siyasətinin strateji əsaslarını bilmədiklərini nümayiş etdirirlər”, - deyə nəşr yazıb.

Xarici siyasətin sütunlarından biri Türkiyə Xarici İşlər Nazirliyinin keçmiş başçısı, keçmiş Baş nazir, indi isə Ərdoğanın əsas müxaliflərindən biri Əhməd Davudoğlunun təklif etdiyi konsepsiyadır.

“Strateji Dərinlik” (2001) kitabında Davudoğlu, müasir Türk xarici siyasətinin təməlində dayanan ideoloji fikirləri təqdim edir. Davudoğlu, xüsusilə “Türk xalqının XV əsrdən bəri bütün tarixi gücünə” güvənməyi təklif edir. Onun fikrincə, hər hansı bir dövlət xarici siyasət ambisiyalarında, birincisi, geostrateji mövqeyini, ikincisi, dövlətin “strateji dərinliyi” olan tarixi irsini rəhbər tutur.

Davudoğlu əsərində, Supergüc, Böyük Güc, Regional Güc, Kiçik Dövlət deyə dövlətləri dörd növə ayırır.

Eyni zamanda qeyd edir ki, İmperatorluq keçmişindən imtina edən Kamalçılar, ölkəni dördüncü kateqoriyaya, “kiçik dövlətlər” kateqoriyasına keçiriblər. “Atatürk və başqaları Osmanlı keçmişindən imtina edərək Türkiyənin xarici siyasətini heç vaxt təkrarlanmamalı olan passiv vəziyyətə gətirib çıxarıblar”. Eyni zamanda, Davudoğlu qeyd edir ki, dövləti üçüncü və ya daha yüksək kateqoriyaya geri qaytarmaq üçün öz zəngin təcrübəsinə arxalanaraq “Kamalçılardan əvvəlki keçmişə” imperiya keçmişinə qayıtmaq lazımdır.

“Bundan sonra irəliləyə bilərik, çünki Türkiyənin bunun üçün bütün mənbələri, əlverişli bir coğrafi mövqeyi, uyğun əhali sayı və sair imkanları var. Xüsusilə əlverişli coğrafi mövqeyi, Türkiyənin öz maraqları baxımından supergüclər arasında manevr etməsinə imkan verir”, - deyə Davudoğlu qeyd edir.

“Türkiyə Avropa ilə Asiya arasında bir “körpü” olmaq istəmir, bu rol ona məcburi yüklənmişdi”, - deyə Davudoğlu bildirir və əlavə edir ki, Türkiyə həm Avropa, həm də Asiya ölkəsidir, Balkan və Qafqaz ölkəsidir, Yaxın Şərq və Aralıq dənizi ölkəsidir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Türkiyə  

Ermənistan ətrafında dairə daralır: Türkiyə Samtsxe-Cavaxetidə hərbi baza açmaq istəyir?

2021/04/timth-1618387798.jpg
Oxunub: 11866     11:10     15 Aprel 2021    