Fransa ordusuna A400M hərbi nəqliyyat təyyarəsi təhvil verilib

2021/04/hdehe-1618209446.jpg
Oxunub: 11396     16:02     12 Aprel 2021    
Fransa Silahlı Qüvvələrinə A400M hərbi nəqliyyat təyyarəsi təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu, Fransa ordusuna təhvil verilən 18-ci A400M hərbi nəqliyyat təyyarəsidir. Təyyarələr Hərbi Hava Qüvvələrinin birliklərindən birinə təhvil verilib.

Fransa üçün gətirilən 18-ci A400M digər eyni model təyyarələrlə müqayisədə daha müasirdir. Təyyarənin avionika, uçuş nəzarəti və mühərriklərində yeni inkişaflar mövcuddur.

A400M strateji hərbi nəqliyyat təyyarəsinin istehsalı üçün başladılan ATLAS layihəsi 1985-ci ildə başladılıb. 2009-cu ildə ilk uçuşunu həyata keçirən A400M-in ilk istehsal təyyarəsi 2013-cü ilin avqust ayında Fransa Hərbi Hava Qüvvələrinə təslim edilib. A400M nəqliyyat təyyarəsi son vaxtlar istifadəçi ölkələr tərəfindən İraq və Suriya üzərindəki hava əməliyyatlarında fəal iştirak edir. Əfqanıstanda, Mərkəzi Afrika Respublikasında, Afrikanın Sahel Bölgəsində, Somalidə də Fransa və Türkiyə bu təyyarələrdən istifadə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ordu  


Fransa ordusuna A400M hərbi nəqliyyat təyyarəsi təhvil verilib

2021/04/hdehe-1618209446.jpg
Oxunub: 11397     16:02     12 Aprel 2021    
Fransa Silahlı Qüvvələrinə A400M hərbi nəqliyyat təyyarəsi təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu, Fransa ordusuna təhvil verilən 18-ci A400M hərbi nəqliyyat təyyarəsidir. Təyyarələr Hərbi Hava Qüvvələrinin birliklərindən birinə təhvil verilib.

Fransa üçün gətirilən 18-ci A400M digər eyni model təyyarələrlə müqayisədə daha müasirdir. Təyyarənin avionika, uçuş nəzarəti və mühərriklərində yeni inkişaflar mövcuddur.

A400M strateji hərbi nəqliyyat təyyarəsinin istehsalı üçün başladılan ATLAS layihəsi 1985-ci ildə başladılıb. 2009-cu ildə ilk uçuşunu həyata keçirən A400M-in ilk istehsal təyyarəsi 2013-cü ilin avqust ayında Fransa Hərbi Hava Qüvvələrinə təslim edilib. A400M nəqliyyat təyyarəsi son vaxtlar istifadəçi ölkələr tərəfindən İraq və Suriya üzərindəki hava əməliyyatlarında fəal iştirak edir. Əfqanıstanda, Mərkəzi Afrika Respublikasında, Afrikanın Sahel Bölgəsində, Somalidə də Fransa və Türkiyə bu təyyarələrdən istifadə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ordu  


Bizi "telegram"da izləyin