Zatulin ermənilərə mina xəritələrini xatırlatdı

2021/04/10375-1618064083.jpg
Oxunub: 2018     17:54     10 Aprel 2021    
Rusiyalı siyasətçi, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin erməni jurnalistlə söhbətində "hərbi əsir" qalmaqalına münasibət bildirib.

Ordu.az xəbər verir ki, Zatulin müharibədən sonra Azərbaycan ərazilərində saxlanılmış erməni diversiya qrupunun üzvlərinin qaytarılmaması barədə sualı cavablandırıb. O, bu məsələdə Rusiyanın günahkar olması fikirləri ilə razılaşmadığını söyləyib.

“Bəzi məsələlərdə addım atırsınız, digərlərində isə yox. Xüsusən, Azərbaycan mina xəritələrini ona təqdim edilməsində israr edir. İndi deyə bilmərəm ki, bir sıra suallarda haqlısınız, digərlərində haqsız. Bu çətin bir problemdir. Ancaq məhkumların geri qaytarılmamasında Rusiyanın günahkar olduğu konteksti həqiqətə uyğun gəlmir. Bu məsələ daha yüksək səviyyədə həll olunmalıdır. Və hələ də həll edilməməsi, Azərbaycan ilə Ermənistan arasında mövcud gərgin münasibətlərin davam etməsinin nəticəsidir.

Anladığım qədəri ilə Rusiya problemi həll etməyə çalışır. Ancaq bunun belə sadə bir məsələ olduğunu düşünürsünüzsə, dünyanın bütün əsirləri öz evlərinə dönməli idilər. Biz bilirik ki, bəzən bu məsələlər üçün xeyli vaxt lazım gəlir. O zaman Rusiyanın problemi həll etməkdən qaçdığı təəssüratı haradan yarandı?”.

Qeyd edək ki, bu yaxınlarda Ermənistanda müharibədən sonra Azərbaycan ərazilərində saxlanılmış erməni diversiya qrupunun üzvlərinin geri qaytarılması barədə dezinformasiya yayılmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Zatulin   erməni   mina  

Zatulin ermənilərə mina xəritələrini xatırlatdı

2021/04/10375-1618064083.jpg
Oxunub: 2019     17:54     10 Aprel 2021    