“Regionda Rusiya üçün vəziyyət olduqca mürəkkəbdir” – RUS EKSPERTLƏR

2021/03/erdog-1615382522.jpg
Oxunub: 8893     16:17     10 Aprel 2021    
Türkiyə və Rusiya rəhbərləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin aprelin 9-da Liviya, Suriya, Donbas və Qarabağda hökm sürən vəziyyətlə bağlı danışıqlar aparıblar.

Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının dosenti Vladimir Avatkov bildirib ki, Türkiyə postsovet məkanında çox fəaldır, düyün ideologiyasını təbliğ edir.

Onun sözlərinə görə, Türkiyə özünü şimal, cənub, qərb və şərq üçün ağırlıq mərkəzi kimi göstərir.

“Bu baxımdan onun üçün postsovet məkanının potensialından və resurslarından istifadə etmək çox vacibdir, bunun bir hissəsi, Türkiyənin dediyi kimi, onun üçün qardaşlıqdır”, - deyə Avatkov qeyd edib.

Politoloq Aleksey Makarkin bildirib ki, Rusiya-Türkiyə münasibətləri maraqlara və razılaşmalara əsaslanır.

Makarkinin sözlərinə görə, əvvəlcə Ankara dost hesab edilirdi, daha sonra təyyarə vurulub (2015-ci ildə Su-24M qırıcısı, pilot Oleq Peşkov ölüb) və o, düşmənə çevrilib, indi isə Türkiyə “nə dost, nə düşmən, elə belə” (“и не друг, и не враг, а так”) vəziyyətindədir.

Politoloq qeyd edib ki, Türkiyə məhz bu statusda qalıb. Ölkələrdən hər birinin öz maraqları var, bunlar hansısa bir şəkildə razılaşdırılır.

“Eyni zamanda Türkiyə açıq şəkildə Azərbaycanı onun revanşist istəklərində dəstəkləyirdi, halbuki regionda Rusiya üçün vəziyyət olduqca mürəkkəbdir”, - deyə Makarkin əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Qafqaz  

“Regionda Rusiya üçün vəziyyət olduqca mürəkkəbdir” – RUS EKSPERTLƏR

2021/03/erdog-1615382522.jpg
Oxunub: 8894     16:17     10 Aprel 2021    