Muradovun Paşinyan və Avinyana silləsi

2021/04/60-1618053772.jpg
Oxunub: 2434     16:30     10 Aprel 2021    
Ötən gün diversantların guya qaytarılacağına dair çıxan hay-küyün nəticəsiz qalması ermənilərin böyük narazılığına səbəb olub. Onların geri qaytarılması barədə məlumat iqtidaryönlü KİV-lərlə söhbətində Ermənistan Baş nazir və Baş nazirin mətbuat katibləri i Mane Qevorkyan və Njdeh Hovsepyan tərəfindən bəyan edilib.

Xəbəri tez bir zamanda Paşinyanın ailə nəşri olan “armtimes.com”, Alen Simonyan ilə əlaqəli “freenews.am”, “araratnews.am”, hakimiyyətpərəst “müstəqil” deputat Arman Babacanyanın “1in.am”, Soros Fondu və qərb pulları hesabına maliyyələşdirilən hökumətyönümlü “factor.am” və “azatutyun.am” saytları yaymışdı.

Əslində Ermənistanın bütün rəsmi dairələri, hökumət mediası ictimai ümid yaratmaqla məşğul idi. Bir neçə saat sonra heç kimin geri qaytarılmadığı və təyyarənin Bakıdan boş gəldiyi açıqlandı.

Artıq, bu gün Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandanı general Muradov, Ermənistan rəhbərliyinin açıqlamalarını təxribat adlandırdı.

“Bu yalan və təxribat idi. Onlar cəmiyyəti çaşqınlığa salırlar. Belə bir razılaşma olmayıb”, - deyən general Muradov “Hraparak” qəzetinin “erməni məmurların əsirlərin geri döndüyünü niyə açıqladıqlarını, onların isə geri qayıtmadıqları” barədə sualına cavabında bildirib.

Muradovun açıqlaması Paşinyan və müavini Tiqran Avinyan başda olmaqla Ermənistan hakimiyyətinə sillə vurmaq idi. Diversantlardan danışarkən, onların mətbuat xidmətləri, şübhəsiz ki, özbaşınalıqla məşğul deyildilər, mətbuat katibləri rəhbərlərinin düşüncələrini ictimaiyyətə çatdırırlar və Muradovun cavabının mətbuat katiblərinə deyil, rəhbərlərinə aid olması təbiidir.

Paşinyan və Avinyanın bu macəraya niyə başladığını, doğrudanmı bunun arxasında heç bir geosiyasi oyun olmadığını, məqsədin ən azından diversantların valideynləri arasında anti-Rusiya hissləri yaratmaq olmadığını dərk etmək qalır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Muradov   Paşinyan  

Muradovun Paşinyan və Avinyana silləsi

2021/04/60-1618053772.jpg
Oxunub: 2435     16:30     10 Aprel 2021    